beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xınıslı yaşayış yeri

Xınıslı – Azərbaycan Respublikasının Şamaxı rayonu ərazisində erkən və inkişaf etmiş orta əsrlər dövrünə aid arxeoloji abidə.

Qədim Şamaxı məskəni xarabalıqlardan və qəbirlər, o cümlədən yerli ustaların əməyinin məhsulu sayılan müəyyən miqdarda şüşə məmulatı, qab və bəzək şeyləri də aşkar olunmuşdur. Xammal kimi, ehtimal ki, Abşerondakı Xırdalan qumundan istifadə edilmişdir. Buxada şüşə istehsalı eramızın ilk əsrlərinə aiddir. Göstərilən materiallar qədim Şamaxı məskəninin beynəlxalq ticarət yolunda mühüm iqtisadi mərkəzlərdən biri olduğunu ehtimal etməyə imkan verir. Xınıslıda aparılan arxeoloji qazıntılar zamanı bir sıra gətirilmə əşyalar: minalı Roma toqqaları şüşə qablar, bəzək şeyləri, möhürlər, Sasani gümüş qabları, sikkələri və i.a. tapılmışdır ki, bu da bir sıra Avropa və şərq ölkələri ilə iqtisadi əlaqə saxlanıldığını göstərir. Şamaxı yaxınlığından qızıl sikkə ilə birlikdə, ehtimal ki, Roma dövründə bura gətirilmiş eramızın II— III əsrlərinə aid nadir sənət nümunəsi, üzərində yunan mifologiyası səhnəsi – dənizatı üstündə oturmuş Nereidanın təsviri həkk olunmuş gümüş nimçə tapılması da bu əlaqələrin mövcudluğunu bir daha təsdiq edir.

Əldə edilmiş materiallar hal-hazırda Xınıslı məskənində dörd əsas tikinti dövrünü ayırd etməyə imkan vermişdir.


Tarix: 02.02.2015 / 14:45 Müəllif: Feriska Baxılıb: 26 Bölmə: Qafqaz Albaniyası