beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xırdaçay

Xırdaçay — Zəngəzurda, indiki Ermənistanda çay.

Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Sarıyataq dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Salvartı çayı ilə, aşağı məhəllənin orta hissəsində isə Taxtakörpü (Abuzər) çayı və Dəliçayla birləşərək, aşağı axarlarında Bazarçay, Bərgüşad və Arazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Xırdaçay Salvartı çayı ilə yanaşı, əsas suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında mühüm rol oynayırdı. Kənddən axan digər çayların - Taxtakörpü və Dəliçayın təsərrüfat həyatında rolları o qədər də böyük deyildi.


Tarix: 09.02.2015 / 15:53 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Qərbi Azərbaycan