beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kirs (Qafan)

Kirs (erm. Քիրս; hal-hazırkı adı: Kitsk erm. Կիցք) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən kənd.


1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil olan kənd Qafan şəhərindən 36 km şimal-qərbdə Kurud çayının (Qəhhar çayı) yuxarı axarında, Kurud kəndindən 3 km şimalda, Kirsdağın ətəyində yerləşir.
Ümumi məlumat
1905-1906-cı illərdə erməni hücumuna məruz qalan kənd sakinləri, 1918-ci ildə yenidən ermənilərin hücumuna məruz qalırlar. Bu dəfə də kəndi tərk etmək məcburiyyətində qalan kirislilər Ordubada pənah aparırlar. 1922-ci ildə Ermənistanda sovet hökuməti qurulandan sonra kirslilərin təqribən yarısı geri qayıdaraq öz doğma kəndlərini təkrarən bərpa edirlər.

1933-cü ildə qonşu Kurud kəndi ilə birlikdə yaradılan Çirişin də daxil olduğu Kurud kolxozu 1965-ci ildə ləğv edilərək zorla Gığı heyvandarlıq sovxozuna birləşdirildi.

Kənddəki qədim dövrə aid olan qəbirstanlıq, qazıntı zamanı tapılmış 3ədəd daş qoç və çoxlu zinyət əşyaları kəndin qədimliyini göstərir.

Əhalisi
Kənddə 1886-cı ildə 130 nəfər, 1897-ci ildə 56 nəfər, 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 77 nəfər, 1931-ci ildə 104 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr ayında bölgənin digər azərbaycanlı sakinləri kimi kirslilər də Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur.

Ermənistan Respublikası Milli Statistika Xidmətinin 2001-ci il məlumatlarına görə Gığı kənd icmasına daxil olan Kirs kəndində yaşayış yoxdur, kənd tərk edilib.
Adı
Toponim türk dilində «çöl», «sərhəd», «yayla», «dağ» mənasında işlənən kır (-kir) sözündən əmələ gəlmişdir. Toponimin sonundakı «s» topoformantdır. Kəndin adı ilə onun yerləşdiyi relyef uyğundur. Belə ki, kənd dağ ətəyində, çəmənlik yerdə yerləşir. Relyeflə bağlı yaranan sadə quruluşlu toponimdir.

Kəndin adının «qar uçqunu» yaradan «kirs» sözü ilə əlaqəli olması da ehtimallardan biridir.

Kəndin toponimləri
Çəmənyurd
Tatar yurdu
Kürd yurdu
Əyridağ
Soğanlıq
Ağgədik
Göygədik
Çiçəkliqaya
Molla qayası
Azman dərəsi
Qaramalıq və s.


Tarix: 06.02.2015 / 18:33 Müəllif: Feriska Baxılıb: 180 Bölmə: Qərbi Azərbaycan