beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göy muncuq

Biri var idi, biri yox idi. Üç qardaş var idi. Bıların bir də bir bacısı vardı.

Bı qardaşlar söydəyərlik edirdilər. Bir gün bılar söydəyə getmişdilər. Qız da düyü arıtdıyırdı ki, xörək bişirsin. Gördü ki, düyünün içində bir göy mıncıx var. Mıncığı götürüb ağzına qoydu. Nə təhər oldusa, özün unudub, mıncığı uddu. Bir müddət keçənnən sora bı qız gördü ki, hamilədi. O saat başa düşdü ki, hər nə əngəl oldusa, həmən göy mıncıxdan oldu. Bilmədi neynəsin.

Bını bırda qoyax, sizə kimnən xəbər verim, qızın qardaşdarınnan. Bılar söydaların qurtarıp evə döndülər. Gördülər ki, bacılarının qarnı şişip, ağzına dəyir.

Bılar dedilər:

– Bacı, düzün deyinən, bı uşax kimnəndi?

Qız nə qədər and işdi ki, heç kimin üzün görmiyip, qardaşdarı inanmadılar. Dedilər, yalan diyirsən.

Böyük qardaş kiçik qardaşı çağırıp dedi:

– Apar bı çəpəli öldür, bizi binamus elədi, papağımızı yerə soxdu.

Balaca qardaş qızı götürüb çıxdı bir meşənin kənarına, istədi qızı öldürsün, qız ağlayıp dedi:

– Qardaş, mənim günahıma batıb, nahaq qan eləmə. Mən heç bir kişi xaylağı görməmişəm. Düyü arıtdıyırdım, bir göy mıncıx tapdım, ağzıma atmışdım, bilmədim uddum. Hər nə oldusa, o göy mıncıxdan oldu. Oğlanın qıza yazığı gəlip dedi:

– Bacı, baş götür qaç bu mahaldan.

Qız ağlayıp qardaşınnan ayrıldı. Az getdi, çox getdi, getdi çıxdı bir biyabana. Gördü bırda bir qalaça var. Girdi qalaçaya. Gördü bırda düyü, yağ, hər nə disən var, ancaq heç bir insan ətəri yoxdu. Qız fikirləşdi, dedi:

– Hər nə isə, bı evin sahibi bir yana gedip, qayıdacax.

Qız o saat qollarını çırmayıp qazanı götürdü, ocağı qalayıp bir qazan xörəy bişirdi, vırdı dəmə, özü gizləndi. Elə ki axşam oldu qız gördü ki, bıdı nərhanər, gurhagur bir dev gəldi. Qapını açdı, girdi içəri. O tərəfə-bı tərəfə baxdı, gördü nə? Ev silinip-süpürülüp çiçək kimi təmizlənip. Xörək bişip, hazırranıp, qazan da dəmə vırılıp. Div çox şad olup hay verdi ki:

– Hər kimsən çıx, and olsun Süleyman peyğəmbərin başının cıqqasına sənnən işim yoxdu.

Qız çıxdı, dev gördü, paho, bı bir qızdı ki, yimə, işmə bının xəttixalına, gül camalına tamaşa elə.

Dedi:

– Qız, sən bırda nə gəzirsən?

Qız başına gələn əhvalatı devə söylədi.

Dev dedi:

– Neynəy, nə istəsən bırda var. Sən ol mənim bacım, mən də olum sənin qardaşın. Sən otur bırda, mən hər gün gedərəm avlaram, quşdaram, gətirrəm dolanarıx.

Qız səvinip xörəyi çəkdi, yedilər, işdilər. Dev bir tərəfdə, qız da bir tərəfdə yatıp gecəni sabah elədilər.

Hər gün dev gedip avlayırdı, quşdayırdı. Bılar bırda yeyip, içib bacı-qardaş kimi dolanırdılar. Bir müddət belə dolandılar, ta ki qızın vədəsi təmam oldu, bir oğlan doğdu. Oğlanın adın qoydular Göy Mıncıx. Bir yaşınnan beş yaşına, beş yaşınnan on yaşına çatdı. Bı əlli yaşında pəhləvan kimi bir oğlan oldu. Qabağına ağac gəlsə yerinnən qoparıb gedirdi.

Dev bını hər gün özüynən ava aparırdı. Çeyrannan, maraldan avlayıp gəlirdilər evlərinə.

Bılar bırda qalsın, saa kimnən xəvər verim, bı qızın qardaşdarınnan. Bıllar söydəyə getmişdi, üstlərinə haramı düşüb var-yoxlarını əllərindən alır. Qaldılar lüt-üryan. Hər qardaş bir işə getdi, kiçik qardaş özözünə dedi:

– Gedim görüm, bacım necə oldu?

O yerdən ki, qızı ötürmüşdü, üz qoydu qız gedən tərəfə getməyə. Gəzə-gəzə gəlib çıxdı həmən qalaçaya ki, bacısı ordaydı. İçəri girdi. Gördü ki, bacısı oturub çörəy hazırrıyır. Bacı qardaşını görən kimi durub boynunu qucaxlayıb:

– Ay qardaş, xoş gəldin, beş gəldin, nə əcəb bizi yad elədin, – dedi. Qardaşı əhvalatı nağıl elədi. Onnan sora qız da başına gələnləri bir-bir qardaşına hekayət elədi.

Bılar bı söhbətdə idilər, devnən Göy Mıncıx avdan gəldilər. Göy Mıncıx gördü anasının yanında bir oğlan oturub. Soruşdu:

– Ana, bı kimdi?

Anası dedi:

– Bala, bı həmən kiçik dayındı ki, məni öldürmədi, bıraxdı.

Bılar təzədən öpüşdülər, görüşdülər, gecəni şaddığnan keçirdilər. Səhər tezdən Göy Mıncıxnan dev ava getdi. Bacı-qardaş qaldılar əvdə. Bir müddət belə keçdi. Axırda bu oğlan fikirrəşdi ki, ədə nə vağta qədər mən bırda qalacağam? Gərək gedəm özümə bir iş tapam. İstədi getsin qız qoymadı, dedi:

– Dayan, Göy Mıncıx dev evə gəlsin, görüş, onnan sora gedirsən get.

Bəli, elə ki axşam oldu, çölə gedənnər gəldi çıxdı, qız əhvalatı olara nağıl elədi.

Devnən Göy Mıncıx nə qədər elədi ki, gəl getmə.Oğlan dedi ki, xeyr gedəciyəm. Axırda gördülər tay əlac olmadı, Göy Mıncıx dedi:

– Dayı, indi ki gedirsən, nəbada göy göz, sarı saqqal kişiyə nökər olasan.

Bir də başınnan bir tük çəkip verdi dayısına, dedi:

– Nə vaxt dara düşsən, bı tükü at ocağa, yanında hazır olacağam.

O gecəni keçirdilər. Səhər olanda Göy Mıncıxnan dev getdi ava. Oğlan da üz qoydu günçıxan tərəfə getməyə. O qədər getdi ki, çıxdı bir şəhərə. Gördü bir göygöz, sarı saqqal kişi çağırır:

– Ay nökər olan, ay nökər olan!

Oğlan dedi:

– Mən olaram.

Kişi dedi:

– Bala, onda gəl gedək əvə.

Getdilər əvə, çörəydən-zaddan yidilər, yatdılar. Səhər olan kimi kişi bını durquzup dedi:

– Di dur, işə gedəcəksən. Ancaq sənnən bir şərtim var: gərək itim hardadırsa toxumu orda səpəsən, öküzüm hardadırsa oranı əkəsən, qatığı elə yeyəsən qaymağı tərpənmiyə, çörəyi də elə yiyəsən qırağı tərpənmiyə.

Oğlan durdu, öküzdəri boyunduruxlıyıp, toxumu, xışı da götürüp çıxdı işə. Öküz düz gedib durdu bir kolluxda, it də getdi durdu bir çayın ortasında. Oğlan qaldı məhəttəl. Fikir elədi ki, bı yeri əkmək olmaz, toxumu da suya səpmək olmaz. Əlacı kəsilip qayıtdı geri. Kişi gördü budı oğlan qayıtdı. Dedi:

– Hey, nəyə qayıtdın?

Oğlan dedi:

– Mən əkə bilmədim. Öküz getdi durdu bir kolluxda, it də durdu çayın lap ortasında, əlacım kəsildi, qayıtdım.

Kişi dedi:

– Mənim şərtim şərtdi, gərək əkəydin.

Oğlanı süpürrüyüb istədi başın kəssin, oğlan tükü atdı ocağa, ancaq tük yanıncan oğlanın başın kəsdi.Göy Mıncıx onda yetdi, gördü ki, dayısını kişi öldürüp. Ta bir söz dimədi.

Kişi başın qalxızıp gördü ki, bir cavan oğlan durup. Dedi:

– Bala, nə qulluğun var?

Göy Mıncıx dedi:

– Əmi, nökər olacığam.

Kişi dedi:

– Neynək, elə maa nökər lazımdı. Ancaq mənim bir neçə şərtim var, gərək qəbul eliyəsən. Yerinə yetirməsən səni öldürəciyəm.

Göy Mıncıx dedi:

– Şərtin nədi?

Kişi dayısına deyən şərti bına da dedi.Göy Mıncıx razı oldu. Öküzdəri, iti götürüp getdi cüt əkməyə. Öküz yenə gedip durdu bir kolluxda, itsə getdi durdu çayın ortasında. Göy Mıncıx bını görən kimi xurcunun altından tutup toxumu tökdü çaya. Ulamanı çıxardıp öküzdərin hərəsinin buynuzunun arasınnan bir dəfə vuran kimi yıxıldılar öldülər. Göy Mıncıx öküzdərin başın kəsdi, sora sıfranı qoydu qabağına. Çırtmaynan vırıp baydacanın altın dəldi, dibindən baydacanı elə sordu ki, qaymaq gəlip yapışdı baydacanın dibinə. Çörəyin qırağın kəsip qoydu bir yana, başladı ortasın yeməyə. Çörəyi yeyip qurtarandan sora durdu yönəldi əvə.

Kişi gördü bıdı Göy Mıncıx gəlir. Amma öküzdər yoxdu. Dedi:

– Bala, Göy Mıncıx, nəynədin?

Dedi:

– Çörəyi yedim, qatığı da sən diyən kimi işdim.

Kişi gördü çörəyin qırağı durur. Qatığın da qaymağı tərpənməyib.

Dedi:

– Bəs öküzdər hanı?

Göy Mıncıx dedi:

– Getdilər durdular bir kolluxda. Nə qədər elədim çəkə bilmədilər, vırdım başdarı çürümüş oldular. İt durmuşdu çayda, toxumu da tökdüm ora.

Kişi dedi:

– Nə danışırsan, dəli olmamısan ki?!

Göy Mıncıx cavab verdi ki, mən niyə dəli oluram, sən özün şərt qoymuşdun, mən də elədim.

Kişinin əlacı kəsilip dedi:

– Öküzdər mındar oldu, yoxsa başın kəsdin?

Dedi:

– Ta niyə mındar eləyəydim, heç olmasa, ətin yiyərik. Onların başını kəsdim.

Kişinin əlacı kəsilip dedi:

– Göy Mıncıx, gedək barı, öküzdəri gətirək. Atam öləndə ona ehsan verməmişdim, barı ona ehsan verim.

Getdilər öküzdəri gətirdilər, başladılar ehsan verməyə.

Kişinin balaca bir oğlu var idi. Birdən bı başdadı ağlamağa. Kişi nə qədər elədi, oğlan kirimədi. Kişi dedi:

– Göy Mıncıx, dur mını çıxart çölə, səsin kəssin.

Göy Mıncıx uşağı götürüp apardı çölə. İki qılçasınnan yapışıp dartdı, iki bölüb yarısını bu itə atdı, yarısını o biri itə atdı. Girdi içəri. İtdər başdadı boğuşmağa.Kişi dedi:

– Göy Mıncıx, itdər niyə boğuşur?

Cavap verdi ki, uşaxdan koxa əvinin itinə çatmadı ona görə.

Kişi dedi:

– Ədə, nə uşaxdan, sən nə danışırsan?

Göy Mıncıx dedi:

– Sən dedin uşağın səsin kəs, mən də kəsdim, neyniyim?

Kişi dedi:

– Ədə, barı uşağın meytin gətir aparax basdırax.

Göy Mıncıx gedip uşağın meytin gətirdi, kişiynən arvad meyti götürüb getdi qəbristanlığa. Dedilər:

– Göy Mıncıx, sən də bel-külüng götür gəl.

Bılar o yana gedən kimi Göy Mıncıx da heç zad götürmüyüp, boş atıla-atıla düşdü bıların dallarınca. Gəldilər qəbristanlığa. Kişi dedi:

– Göy Mıncıx, bəs bel-külüng necə oldu?

Dedi:

– Nənən vermədi.

Kişi dedi:

– Get başına bir yumrux vur, al götür gəl.

Göy Mıncıx əvə qayıdıp, arvadın başına bir yumrux vırdı ki, boynu girdi qınına, o saat öldü. Bir külüng götürdü gəldi.

Kişi qəbir qazmağa başlayanda Göy Mıncıx da getdi o biri tərəfdən başdadı bir qabır qazımağa.

Kişi dedi:

– Göy Mıncıx, o nədi, kimə qazırsan?

Göy Mıncıx cavab verdi ki, sən dedin get nənəmin başınnan bir yumrux vır, bel, külüng al gətir. Mən də vıranda arvad öldü. Bı qabrı da ona qazıram.

Müxtəsər gedip arvadı gətirip basdırdılar, soradan qayıtdılar evlərinə. Yolda arvadıynan kişi danışdılar ki, Göy Mıncıx bizim başımıza bəla açacaq, yaxşısı bıdı ki, bını yatırdax, yüklənək qaçax.

Göy Mıncıx bını eşitdi. Axşam olan kimi kişi dedi:

– Ay arvad, Göy Mıncıx yorunuxdu, yerin sal, yatsın.

Arvat yerin saldı. Göy Mıncıx yerə girən kimi başın buruyur yalannan, başdadı xoruldamağa. Arvat kişiyə yavaşca dedi:

– A kişi, nə aparax, nə götürək?

Kişi dedi:

– Ağırdan, yüngüldən qabla farmaşdara1, bir neçə dəst də yatıpduracax qoy, yüklənək qaçax.

Göy Mıncıx bını da eşitdi. Bıların başı qarışan kimi xəlvətcə durdu girdi farmaşa, paltarların arasında gizləndi. Gecənin bir aləmində arvatnan kişi ağırdan, yüngüldən ata, öküzə yükləyip farmaşdarı da bir ata çatıp düşdülər yola. O qədər getdilər ki, gün çıxanda çatdılar bir dəryanın qırağına, yükləri açdılar. Kişi dedi ay arvat, birəz çörəy hazırra yeyək. Arvat qazanı çıxardanda dedi:

– A kişi, Göy Mıncıx bırda olsa idi, genə birəz odunnan-zaddan yığardı.

Bını eşidən kimi Göy Mıncıx farmaşdan sıçrayıb çıxdı:

– Xala, mən burdayam, nə qulluğun var?

Kişi bını görən kimi öz-özünə dedi:

– Vay evi yıxılan canım, iş xarab oldu.

Göy Mıncıx başdadı odun yığmağa. Gördü kişi arvadına deyir ki, axşam olanda Göy Mıncıxın yerin lap dəryanın qırağınnan sal, onnan bəri öz yerini, lap qırağından da mənimkini sal. Gecə mən diyəcəyəm ay arvat, birəz o yana yat, sən də diyərsən ki, Göy Mıncıx, o yana yat. Helə-helə bını sallıx dəryaya, başımızdan rədd olar.

Nə isə xörəyi-zadı yedilər, axşam araya gələn kimi kişi necə dimişdi arvad da heləcə yerləri saldı. Göy Mıncıx o qədər gözdədi ki, bılar yuxuya gedəndə arvadı gətirdi qoydu öz yerinə, özü girdi arvadın yerinə yatdı.

Gecənin bir vaxtı kişi bını dürtməliyip dedi:

– Ay arvat, o yana yat.

Göy Mıncıx da arvadı dürtməliyip dedi:

– Göy Mıncıx, birəz o yana yat.

Belə-belə kişi Göy Mıncığı, Göy Mıncıx da arvadı itələyə-itələyə o qədər apardı ki, birdən arvat şappıltıynan düşdü suya. Tez Göy Mıncıx qışqırdı:

– Ay əmi, qoyma, arvat düşdü suya.

Hay-haray düşdü. Arvad boğuldu. Qaldı bir kişi, bir də Göy Mıncıx. Kişi arvadı-zadı da yadınnan çıxardıb öz hayına qaldı.

Səhər açıldı. Göy Mıncıx böyük bir qazanı suynan doldurup qoydu üstə. Şaxdan-şüvəldən1 altına basıb şaqqır-şuqqır qaynatdı. Elə ki, su tamam qaynadı, dedi:

– Əmi can, bilirəm, çoxdan çimməyirsən, indi soyun, səni çimdirəciyəm. Kişi nə qədər yalvardı, Göy Mıncıx baxmadı. Bını lüt soyundurup, qazanı qaynaya-qaynaya tökdü bının başına, dirigözdü bişirib öldürdü. Sora qayıtdı anasının yanına.

O yedi-işdi, yerə keçdi, siz də addıyın dövrə keçin. Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl deyənin.


Tarix: 21.04.2013 / 17:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 679 Bölmə: Nağıllar