beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlik zamanı cinsi əlaqədə olmaq olar?

Xalq arasında hekim meni uşaqlıq yolundan müayine etdi ve neticede körpem düşdü, deye fikirler mövcuddur, hamilelik zamanı uşaqlıq yolundan müayine olmaq zererlidir, deye fikirleşenlere bildiririk ki, eger vaginal (uşaqlıq yolundan) müayine zererli olsaydı hekimler hamilelik zamanı size cinsi elaqeni de qadağan ederdiler. Halbuki, hamile uşaqlıq üçün cinsi elaqe daha böyük bir tezyiq edir. Vaginal (uşaqlıq yolundan) müayinenin steril şertlerle edildiyi teqdirde bir qorxusu yoxdur.
Eyni zamanda hamilelik zamanı cinsi elaqe qadağan deyil. 28ci hefteden sonra kişi sperması uşaqlıq yoluna boşaldılmamalı ve 36cı hefteden sonra ise cinsi elaqe qadağan edilmelidir. Cütlerin çoxu doguşa az qalmışa qeder cinsi elaqeye girmekde davam edirler. 28-36cı heftelerde spermanın içerisindeki kimyevi maddelerin (prostaqlandin) tesirinden erken doguş yarana bileceyinden cinsi elaqe meslehet bilinmir ve elece de bu dövrde kişinin cinsi orqanı ile vaginaya (uşaqlıq yoluna) keçen mikroblar ananın zahılıq dövründe her hansı bir infeksiyaya sebeb ola bilerler. Araşdırmalar neticesinde bezi cütlerin hem aybaşı vaxtı ve hem de hamileliyin son dövrlerinde cinsi elaqede olduqları müeyyen edilmişdir. Ona göre de biz yeni qurulan ailelerimizi bizim sehifedeki daim yenilen mövzuları oxumağa sesleyirik.
Qeyd edek ki, hamile qadınlarda hamileliyin tesirinden cinsi meyl azalmış olur, qadın bütün ruhu, xeyalı ve orqanizmi ile özünü qarnında daşıdığı körpeye vermiş olur. Erlerinin bu dövrde xanımlarını "müasir" cinsi elaqeye mecbur etmeleri dogru deyildir.

Cütler esasen cinsi elaqenin döle zerer vere bileceyini düşünürler. Ancaq körpe su ile dolu bir kise içerisinde olur ve mühafizesi güclü olur. Rahat bir cinsi elaqe üçün hetta müxtelif mövqeler de seçe bilersiniz. Cinsi elaqe zamanı qadın yanıüste uzanmış olarsa qarnına daha az tezyiq düşmüş olur. Hamilelikde cinsi elaqe üçün esas şert sizin rahatlığınızdır. Lakin unutmayın ki, hamileliyin yalnız 28ci heftesine qeder cinsi elaqede olmanız meslehetdir.
Hamileliyin hansı dövründe olursa olsun elaqe zamanı ağrı, qanaxma kimi problemler ortaya çıxarsa derhal hekiminize baş vurmalısınız. Evvelki hamileliyinizde ve ya hazırkı hamileliyinizde aşağıdakı veziyyetlerden birini yaşamış olsanız, hekiminizle danışarak cinsi elaqenizi idareli edin ve ya hamileliyin sonuna kimi etmeyin.

* erken doğuş
* infeksiya
* qanaxma
* dölyanı suyun erken gelmesi
* hekiminiz terefinden teyin edilen körpenizin sağrı hissesinin önde gelmesi
* hekiminiz terefinden teyin edilen düşük ya da erken doğuş tehlükesi


Tarix: 23.11.2014 / 15:04 Müəllif: Aziza Baxılıb: 206 Bölmə: Maraqli Melumatlar