Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ilk öpüşmənin yeni 5 qaydasını öyrənmək istərsiniz

>>>>> Ilk öpüşmənin yeni 5 qaydasını öyrənmək istərsiniz mi? <<<<

..........Dodaqlarınız ilk dəfə öpüş üzü görürsə… Dünya həmin andan etibarən bir az dəyişməyə başlayır… İlk anda yaşadıqlarınızın tərifi çətin amma olduqca həyəcanlıdır.


Sevgiliniz sizin onu öpmənizdən məmnunmu? Öpüşmə ilə aranızda bir bağlılıq olduğu gərçəyi doğrumu?

İlk öpüşmə bir əlaqədə çox əhəmiyyətlidir və bu tövsiyələrə bir göz atın!

Sirr 1: Doğru zaman
Öpüşmə ilə əlaqədar olan ilk sual doğru zamanın nə vaxt olduğudur. Çünki qarşı tərəfin gözləmələrindən əvvəl edəcəyiniz bir öpmə hərəkəti yanağın sizə tərs çevrilməsinə səbəb ola bilər.

Yaxşı nə vaxt öpüşməli? Araşdırmalara görə çox qadın 2-ci görüşmədə özünü öpüşməyə daha hazır hiss edirmiş. Bundan başqa qadını qapısına qədər yola salanda mütləq o da sizin öpüşmək istədiyinizi anlayacaq lakin sizin bu hərəkəti gözlənilməyən bir zamanda etməniz lazımdır. Çünki o qapı önündəki gözləmələr sizə müsbət bal qazandırmayacaq. Ən gözləmədiyi anda duyğuların sıx olduğu bir zamana özünüzü nizamlayın.

İlk öpüşmə hər vaxt üçün qarşı tərəfin zehinində həyəcan yaratmalı. Yaradıcılıq və sürpriz faktoru sizə müsbət bal qazandıracaq. Romantik bir ehvalınız olduğunu hiss etdiyiniz zaman əslində yer və zaman çox əhəmiyyətli olmayacaq.

Sirr 2: Kişi və qadın birlikdə lider olmalı
İnsan ilk öpüşmənin alovunu erkəyin yandırması lazım olduğuna inanar. Amma kişilərin çoxu da bir qadının ona ilk hücumu etməsindən xoşlanar. Araşdırmalarda kişi təcrübəliklərə yönəldilən suallardan birinə cavab isə belə oldu:

3-cü görüşməmizdə hələ də öpüşməmişdik. Hər görüşməmizdə 4-5 saat tək qalırdıq amma heç cür lazım olan hücumu edə bilmirdim. 4-cü görüşməmizdə səhər erkəndən evimin qapısı döyüldü və qarşımda onu gördüm. Heç bir şey demədən məni o an öpdü. Bu öpüşməni həyatım boyunca unutmayacağam.

Bu nümunədə də görüldüyü kimi həm sürpriz həm də gözlənilən xaricində olan bir hadisə həqiqətən böyük təsir etmişdir.

Sirr 3: Daha çoxunu sonraya burax
Bilirik ilk öpüşmənizin olduqca qızdırmalı olmasını və uzun çəkməsini istəyirsiniz amma belə bir vəziyyət sizin kobud və tələsikçi olduğunuzu ona göstərəcək. Qadınlar üçün ilk öpüşmənin aqresif və sulu olması ən pisi hesab edilməkdədir.

Sirr 4: Şəhvət sizə müsbət bal qazandıracaq
Standart bir öpüş çox vaxt ilk üçün kafi ola bilər. Amma bir çox kişi və qadın tərəfindən verilən cavablarda əlavə romantizm və manevrlərin öpüşmənin ehtiras dərəcəsini artırdığı ifadə edildi.

Sirr 5: Qəribə hərəkətlər sizin üçün mənfi bal
Qızı öpücəyiniz zaman saçı və ya qulağıyla oynamanız onun xoşuna gələcək amma əsla qollar və qıç kimi üzvləri işə qarışdırmayın.

Nəticə olaraq:
Orijinallıq hər vaxt ilk öpüşmələr üçün uyğun deyil. Əgər unudulmayan bir öpüş istəyirsinizsə içinizdəki sevgini ona göstərmənin yolunu romantik bir an yaşadaraq nümayişin.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Maraqli Melumatlar
loading...