beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

kiwi ve qadin orqanlarinin anatomik fizioloji xusu

Kişi və qadın cinsiyyət orqanlarının anatomik və fizioloji xüsusiyyətlərAilə həyatı, sevgi, cinsi əlaqə haqqında düzgün anlayışın olması üçün cavanlara cinsiyyət orqanlarının anatomiyasını, onların bioloji-
fizioloji xüsusiyyətlərini, funksional pozğunluqlarını və bir sıra başqa məsələləri bilmək lazımdır.

Cinsiyyət sisteminin mürəkkəb quruluşu, eləcə də onların müxtəlif fizioloji və bioloji vəzifələri ümumi bir məqsədə kişi cinsi hüceyrəsinin və qadın yumurta hüceyrəsinin birləşməsinə və gələcəkdə mayalanmış yumurta hüceyrədən yeni bir fərdi əmələ gəlməsinə xidmət edir.
Kişi cinsiyyət orqanları bir cüt xayadan (yumurtalardan), xaya artımlarından, toxum keçəcəyindən, toxum keçirən axarcıqlardan, prostat vəzidən və cinsiyyət üzvündən ibarətdir.

Xayalar dəri və əzələdən təşkil olunmuş kisəcikdə — xayalıqda yerləşir. Onlar qarın boşluğunda inkişaf edib” formalaşır və həyatın ilk dövrlərində qasıq deşiyindən keçərək dəri-əzələ kisəsinə — xayalığa enir. Müəyyən səbəblərə görə xayalar və ya onlardan biri qarın boşluğunda qalarsa tibbi müdaxiləyə (dərman müalicəsi və ya cərrahi müdaxilə) əl atmaq lazımdır. Belə ki, bu hadisə oğlanın ümumi inkişafına və hətta gələcəkdə onun tam keyfiyyətli kişi və ata olmasına xələl gətirə bilər. Bundan əlavə, başqa yerdə ilişib qalan xayalar sonralar həm də bədxassəli şişlərə u çevrilə bilərlər. Valideynlər vaxtaşırı oğlan uşaqlarında xayaların öz təbii yerlərinə — xayalığa düşməsinə nəzarət etməlidirlər. Uşağın anadan olmasının birinci ayından xayaların xayalığa enmədiyi müşahidə olunduqda mütləq həkimə müraciət etmək lazımdır.

Yaşlı, kişidə xayaların həcmi 4×3 sm, çəkisi 20-30 q, 8 yaşında oğlanlarda 0,8 q, 15 yaşında yeniyetmələrdə 7-10q olur. Çoxsaylı arakəsmələrlə 200-300 xırda hissəciklərə bölünən və daxili çox nazik qıvrılmış toxum borucuqları dolu olan yumurtada cinsi yetişmə dövründən demək olar ki, həyatın sonuna qədər kişi cinsi hüceyrələri — spermatozoidlər hasil olunur. Spermatozoidin başı, boynu, gövdəsi və onun hərəkətini təmin edən quyruğu olur. Xayanın daxilində mürəkkəb inkişaf dövrü keçirdikdən sonra yetkin, hərəkətli və aktiv spermatozoidlər toxum kisəciyinə toplanırlar. Bundan əlavə xayalarda çox mürəkkəb bioloji aktiv kişi cinsi hormonları — androgenlər hasil olunur (onlardan ən əsası testosterondur) -

Xayalar iki funksiyalı hormonların və spermatozoidlərin hasil olunmasının təmin edən daxili və xarici sekresiya vəziləridir. Testosterona bənzər kişi cinsiyyət hormonlarının müəyyən miqdarı böyrəküstü vəzilərdə hasil olunur. Oğlanın kişiyə çevrilməsində kişi cinsiyyət hormonları mühüm rol oynayır. Belə ki, bütün ikincili cinsiyyət əlamətləri bədən quruluşunda baş verən dəyişikliklər, bədənin müxtəlif sahələrində tük örtüyünün, bığ və saqqalın çıxması, səs tembrində baş verən dəyişmə, spermanın hasil olunması, cinsiyyət orqanlarının böyüməsi və psixikanın xüsusiyyətləri hormonlarla idarə olunurlar


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 181 Bölmə: Maraqli Melumatlar