beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KAMASUTRA haqqında

Kamasutranın Qərb aləmində ilk nəşri 1883-cü ildə baş verdi. R.Barton və F.F.Arbetont tərəfindən tərcümə edilmiş bu böyük əsər kiçik tirajlarla anonim olaraq məhz İngiltərədə nəşr olunurdu. Kitabla tanış olan avropalılar şoka düşürdülər. Yaxşı mənda. Sən demə seksin incəliklərindən yaziqların heç xəbərləridə yox imiş…

Kmasutranın Avropadan Rusiyaya səyahəti isə daha qalmaqallı oldu. Rus məmurları Kamasutranı pornoqrafiya adlandıraraq, hətta qadağa da qoymaq istıdilər. Lakin qadağaya həvəs getdikcə artdı…..

Azərbaycanda isə Kamasutra tanışlıq demək olar ki, elə qədimlərdən başlanıb. Çünki, Kamasutra şərq dünyasının ixtirasıdır…..

KAMSUTRA (KAMA SUTRA) – qədim Şərqin ən zəngin və maraqlı məhəbbət əsəri, elmi traktıdır. Əsil yaranma tarixi dəqiq məlum deyil. Lakin əksər alimlərin fikrincə bu traktat eramızın birinci minilliyinin məhsuludur.

Kmasutranın mətinlərini yığıb kitab halına salan isə eramızın 3-4 cü əsrlərində yaşayan hind müdriki Mallanaqa Vatsyayana olmuşdur. Kamasutra əsrlərlə yığılmış ali Hind təbəqələrindəki minlərlə cütlüyün erotik, seksual məşguliyyətlərinin, təcrübəsinin məhsuludur…..

Ən qəribəsi budur ki, bu gün də Kamasutra böyük maraq doğurur. Və şübhəsiz müasir zəmanənin ən dolğun erotik kitabıdır. Kamasutra analoqu olmayan kitabdır. Seks, erotika haqqında çox kitablar çap olunub və olunurlar. Lakin bunlar hamısı ya açıq pornoqrafiya, ya tibbi ensiklopediya xarakterlidir, ya da o qədər bəsit məna kəsb edir ki, oxucu seksə, erotikaya insan nəslinin artması və fizioloji instinklərinin ödənilməsi kimi baxır….

Kamasutra isə seksə, erotikaya fəlsəfi nöqteyi nəzərdən baxır. Seksə erotikaya bədiilik və poeziya verərək onun ali, incə məsguliyyət olduğunu izah edir.

Müasir statistika göstərir ki, dagılan ailələrin 88%-nin səbəbi ərlə arvad arasındakı seksual harmoniyanın olmamasıdır. Seksual harmoniyanın olmaması faktoru isə əksər hallarda kişi və qadının cinsi orqanlarının bioloji yerləşməsindən tərəflərin duzgun istifadə etməməsindən yaranır. Bu haqda qədim hindlilər öz təcrübələrindən dolğun bildikləri üçün Kamasutrada cinsi əlaqənin müxtəlif pozalarda yerinə yetirilməsindən nümunə gətirilər. Hər bir cütlük özünə münasib rahat poza seçməlidir….


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 340 Bölmə: Maraqli Melumatlar