beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mütəxəssislər seksi möcüzəvi bir dərman da adlandı

Mütəxəssislər seksi möcüzəvi bir dərman da adlandırırlar


Sevişməyin sağlamlığınıza xeyri
Seksin kalorilərinizi əridərək sizi formada tutduğunu bilirdinizmi? Bəs dərinizə, ürək damarlarına yaxşı təsir etdiyini, immunitet sisteminizi gücləndirdiyini necə? Mütəxəssislər seksi möcüzəvi bir dərman da adlandırırlar.

1. Seks ürəyiniz və damarlarınız üçün ən yaxşı məşqlərdən biridir. Belfast Queens Universitetində 1000 kişi üzərində aparılan araşdırmaya görə, seks ürək-damar sisteminin fəaliyyətinin tənzimlənməsində köməkçi vasitələrdəndir. Araşdırma nəticəsində həftədə 3 dəfə, ya da daha çox sekslə məşğul olan kişilərin infarkt keçirmə nisbətinin yarıya düşdüyü ortaya çıxıb;

2. Seks kaloriləri arıqlamağın ən əyləncəli vasitəsidir. 30 dəqiqəlik bir yataq otağı fəaliyyətindən sonra təxminən 200 kalori yandırırsınız”;

3. Səhərlər işə sürünərək, yorğun bir üzlə getməyə son qoyun. Seks beynin nevrotransmiter istehsalına köməkçi olur, bu da ruhən yaxşı olmanı təmin edir. Bundan başqa, seks əsəbləri sakitləşdirmənin də ən yaxşı yollarından biridir;

4. Seks yuxusuzluq problemi olanların da dərdinə dərman olur. Orqazmdan sonra endorfin sərbəst qalır, bu da beyində morfin təsiri yaradır, bədən boşalıb rahatlayır;

5. Orqazmdan sonra ifraz olunan prolaktin hormonu beynin qoxuhiss etmə mərkəzini xəbərdar edir, nizamlı olduqda qoxu hissetmə duyğusunu inkişaf etdirir;

6. Soyuqdəyməyə qarşı portağal-naringi yeməkdən əlavə, edə biləcəyiniz digər bir iş bol-bol sevişməkdir. Aparılan araşdırmalara görə, həftədə bir, ya da iki dəfə sekslə məşğul olmaq immunitet sistemini 30 faizə qədər gücləndirir;

7. Seks pelvis bölgəsindəki əzələləri gücləndirərək bağırsaqlara dəstək olur;

8. Yenə eyni araşdırmaya görə, nizamlı seks kişilərdə cinsi gücün zəifləmə riskini də azaldır;

9. Seks eyni zamanda möcüzəvi bir ağrı kəsicidir. Orqazmdan öncə bədəniniz tam 5 qat daha çox oksitoksin ifraz edir. Oksitosin də endorfin hormonunu hərəkətə gətirərək miqrendən arterit ağrılarına qədər bir çox şikayəti yüngülləşdirir.

10. Ağrıdan bəhs etmişkən, nizamlı seksin menustrasiya dövründəki ağrıları azaltdığını da siyahıya əlavə etməkdə fayda var...


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 270 Bölmə: Maraqli Melumatlar