beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aktiv cinsi həyat üçün bunlar lazımdır

Cinsi fəaliyyətin zəifləməsi orqanizmin tez qocalmasına, insanın ruhi və mənəvi cəhətdən tez gücdən düşməsinə səbəb olur. Hazırda cinsi aktivliyi artırmaq üçün müxtəlif dərman preparatları satışda olsa da, mütəxəssisslər bu vasitələrdən istifadə etməyi məsləhət görmürlər. Bunun üçün daha çox aşağıdakı təbii vasitələrdən istifadə edilməsi məqsədəuyğun sayılır.

Təbiblərin fikrincə, razyana və qəhvədən tez-tez istifadə etmək cinsi fəaliyyəti zəiflədir, bunun əksinə olaraq darçın, istiot, əncir, kahı, püstə, həmçinin balıq kürüsü isə cinsi fəaliyyəti gücləndirir. Hind qozunun içərisində olan maye və yabanı kökdən hazırlanmış mürəbbə qıcıqlandırıcı xassəyə malik oduğu üçün onlardan istifadə etmək məsləhət görülmür. Bu məqsədlə ləpəli meyvələrdən qoz və püstə, başqa bitkilərdən mərəçüyüd, səhləb, nanə, südlə bişirilmiş şalğam, səməni halvası və yetişməmiş buğdanı süddə bişirib yemək də yaxşı təsir göstərir.

Toyuğun içalatı, balıq və kürü, təzə yumurta, zəncəfil, mixək və başqa istilik gətirən ədviyyatlar cinsi fəaliyyətə müsbət təsir göstərən təbii vasitələrdir. Ancaq bunları həddən çox işlətmək olmaz.
Bal sağlamlığı möhkəmləndirməklə yanaşı, cinsi fəaliyyəti gücləndirir, aktiv cinsi həyat keçirməyinizə kömək edir. Kabab və kükü, sərcə və bildirçin əti, kərə yağı və qaymaq, eləcə də bir sıra mürəbbələr (albalı, yerkökü, qabaq və qoz mürəbbələri), şəkər və kişmiş cinsi həvəsi gücləndirir. Bu zaman zirəni istiot və bal ilə və ya ağ xaşxaşı bal ilə işlətmək də faydalıdır.
Bir sıra qida maddələri orqanizmi qüvvətləndirmək və cinsi fəaliyyəti artıqmaqla yanaşı, həm də sperma yaratmaqda mühüm əhəmiyyətə malikdir. Uzun ömür yaşamağımıza kömək edən beçə əti, beyin, badam, lobya, göy lobya və düyü kimi qida məhsulları həm həm də çoxuşaqlılıq rəmzi kimi tanınır. Noxud, südlü sayıq, çiyid içi və s. də bu sıraya daxildir.
Eyni zamanda bədənin həssas nöqtələrini mixək şirəsi və ya təbii soda qatılmış bal ilə masaj etmək də cinsi həvəs oyadır. Həmçinin 2qram xardal toxumunu şərabla içmək və ya 2 qramadək mixəyi döyüb, südlə qataraq içmək də eyni təsiri göstərir.

Cinsi aktivliyinizi artırmaq istəyirsinizsə, bu təbii vasitələr mütləq sizin köməyinizə gələcək.


Tarix: 01.03.2014 / 02:44 Müəllif: ADMIN Baxılıb: 329 Bölmə: Maraqli Melumatlar