beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlıq yolunun disbakteriozu

Son zamanlarda ginekoloji praktikada qadınlar arasında “uşaqlıq yolunun disbakteriozu” (uşaqlığın normal sağlam mikroflorasının pozulması) adlanan və geniş yayılmış olan patoloji haldan daha çox danışılır. Mikrofloranın normal olması, qadının ginekoloji sağlamlığının qorunmasında, onun ana olmaq qabiliyyətinin saxlanmasında çox vacib hesab edilir. Uşaqlıq yolunun sağlam mikroflorası qadının reproduktiv sistemini, qadın cinsi orqanlarının bir çox iltihabı xəstəliklərini törədan qorxulu mikroblardan, müxtəlif infeksiyalardan qoruyur.

Sağlam qadının uşaqlıq yolunun mikroflorasının əsasını laktobakterilər, hamçinin az miqdarda bifidobakterilər və digər mikroorqanizmlər təşkil edir. Ən xeyirli mikroorqanizmlər – süd turşusu bakteriyaları və ya laktobakterilərdir. Bu bakteriyalar süd turşusu və hidrogen peroksid hazırlayaraq uşaqlıq yolunda normal turşuluq səviyyəsini (pH

Uşaqlıq yolunun normal turşuluq səviyyəsinin saxlanması çox vacib hesab edilir. Belə ki, uşaqlıq yolunun normal turşuluq səviyyəsi kəskin şəkildə dəyişmiş olarsa, cinsi əlaqə zamanı buraya düşən spermatozoidlər bu cur mühitdə məhv ola bilərlər ki, bunun da nəticəsində mayalanma, daha sonra isa hamiləlik baş verməyə bilər. Bundan başqa, laktobakterilar qadın sağlamlığı üçün zərərli hesab olunan mikrobların böyüməsinin və çoxalmasının da qarşısını alırlar.
Uşaqlıq yolunun disbakteriozu (və ya bakterial vaginoz) zamanı laktobakterilərin miqdari xeyli dərəcədə azalmış olur ki, bunun da nəticəsində qadın orqanizmi üçün təhlükəli hesab edilən digər bakteriyalar aktiv şəkildə çoxalmağa başlayırlar. Belə hesab edilir ki, qadınların böyük bir hissəsi bu və ya digər dərəcədə bu xəstəliyə məruz qalırlar.

Əksər qadınların hesab etdiyinin əksinə olaraq, həqiqətdə uşaqlıq yolunun disbakteriozu heç da zərərsiz (və ya az zərərli) xəstəlik hesab edilmir. Disbakterioz zamanı bir müddət keçdikdən sonra, burada xeyli dərəcədə artmağa başlayan patogen bakteriyalar, sonrakı dövrdə uşaqlıq yolunun (vaginit), uşaqlıq boynunun (servisit) və uşaqlığın özünün (yəni hər zaman bilavasitə təmasda olduqları orqanların) iltihabını törədə bilər. Bundan başqa, xəstəlik törədici bakteriyalar uşaqlıq yolundan çox asanlıqla sidik ifrazı kanalına keçərək (uretrit), həmçinin sidik kisəsinin özünün (sistit) da iltihabına səbəb ola bilər.

Uşaqlıq yolunun disbakteriozunun əlamətləri: cinsi üzvlərdə qaşınma və yandırma hissiyyatı, xeyli dərəcədə selikli (bazan xoşagəlməz iyli) ifrazatın olması, cinsi əlaqə zamanı quruluq və xoşagəlməz hissiyyatlar va s. Özündə uşaqlıq yolunun disbakteriozuna xas olan bu sadalanan əlamətlərdən heç olmasa birini hiss etmiş olan hər bir qadın tez bir zamanda həkimə müraciət etməlidir.

Ancaq onu da qeyd etmək lazımdır ki, xəstəliyə məruz qalmış hər dörd qadından birində uşaqlıq yolunun disbakteriozu özünü heç bir əlamətlə biruzə vermir! Məhz buna gora da, istənilən yaş qrupuna aid olan qadınların ildə 2 dəfə profilaktik olaraq ginekoloji müayinədən keçməsi çox vacib hesab edilir. Yalnız uşaqlıq yolunun disbakteriozu deyil, bir çox daha təhlükəli xəstəliklər da xeyli müddət ərzində əlamətsiz olaraq davam edə bilər. Mütəmadi olaraq aparılan profilaktik müayinələr, hətta ən ağır hesab edilən xəstəlikləri da vaxtında aşkar edib müalicə etməyə imkan verir. Məlumdur ki, hətta ilkin mərhələlərdə aşkar edilən xərçəng xəstəliyi da daha asanlıqla müalicəyə tabe olur. Vaxtında aşkar edilən digər daha yüngül xəstəliklərin müalicəsini isa xərçəng xəstəliyinə nisbətən daha asanlıqla aparmaq olur.

Uşaqlıq yolunun disbakteriozunun əsas səbəblərindən biri da müvafiq tələbat olmadığı halda, əsaslandırılmadan qadınların tez-tez öz uşaqlıq yolunu sabun, digər gigiyenik maddələr və məhlullarla yumasından ibarətdir. Artıq yuxarıda qeyd etdiyimiz kimi uşaqlıq yolu özü-özünü təmizləyən orqandır. Ona gora da uşaqlıq yolunun bu vasitələrlə yuyulması heç bir əhəmiyyət kəsb etmir və əksinə olaraq, zərərli hesab edilir. Çünki bu zaman onun uğun həyati vacib olan bütün mikroflora xeyli dərəcədə məhv olunur.

Yuxarıda göstərilən “həddindən artıq təmizkarlıqdan” başqa, hormonal dərman preparatlarının qəbul edilməsi, endokrin sistemi xəstəlikləri (şəkərli diabet va s.), bağırsaq disbakteriozu, kiçik çanaq orqanlarının müxtəlif xəstəlikləri, oral (ağızdan qəbul edilən) kontraseptiv (mayalanma prosesinin qarşısını alan) dərman preparatları, uşaqlıq daxili spirallar, streslər, müxtəlif xəstəliklər səbəbindən qadın immunitetinin zəifləməsi və s. bu kimi hallar da uşaqlıq yolu mikroflorasinın pozulmasına səbəb ola bilərlər.

Antibiotiklərin və ya antiseptiklərin (mikroblar əleyhinə olan dərmanlar) vaginal dərman formalarından (uşaqlıq yolu daxilinə qoyulan şamlar) istifadə edilməsi, demək olar ki, praktik olaraq hər bir halda uşaqlıq yolu disbakteriozuna səbəb olur. Ona gora da, hər dəfə bu formalı dərmanlardan istifadə etdikdən sonra xüsusi dərman preparatlarından istifadə etməklə (bu barədə həkimlə əsləhətləşdikdən
sonra) uşaqlıq yolunun normal mikroflorasim bərpa etmək vacib hesab edilir.

Uşaqlıq yolu (vaginal) disbakteriozuna şübha olduğu halda, hakim-ginekoloq uşaqlıq yolunun mikroflorasmin müayinəsi və cinsi yolla keçən infeksiyalara gora müayinə təyin edir. Uşaqlıq yolu (vaginal) disbakteriozuna cinsi yolla keçən infeksiyalar səbəb olmuş olarsa, müvafiq müalicə aparmaqla, ilk növbədə hamin xəstəlik törədicisini aradan götürmək lazımdır. Bu halda müalicə qadınla yanaşı, onun həyat yoldaşına da təyin edilir. Disbakteriozun yaranmasının səbəbi başqa faktor olduqda isa, hakim onun müalicəsi üçün digər müalicə üsullarından istifadə edir.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 348 Bölmə: Maraqli Melumatlar