beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seks üçün 22 səbəb

Nizamlı və təmin edici cinsi həyat fərdlər üzərində bir çox müsbət təsiri də özü ilə gətirir.
1. Çəki almağınıza maneə törədir:
Bəli, yarım saatlıq bir yataq otağı kefi ilə 200-250 kalori yandıraraq kilo verə bilər, artıq çəkinizdən xilas ola bilərsiniz.
2. Ürək-damar sağlamlığınızı qoruyur:
Belfast Queen’s Universitetində 1000 kişi üzərində edilən təcrübənin nəticələrinə görə həftədə üç və ya daha çox seks edən kişilərdə infarkt risklərinin yarı yarıya azaldığı məlum olmuşdur.
3. İflic risklərinizi azaldır:
Yenə eyni təcrübə nəticələrindən biri də nizamlı seks ilə qadın və kişilərin iflic risklərinin azaldığı təstiqlənib.
4. Yuxusuzluq probleminizi aradan qaldırır:
Cinsi əlaqə əsnasında bədənin təbii morfinləri olaraq bilinən”endorfin” ifrazatı ilə vücudu rahatdıqdan sonra yerini gözəl yuxuya buraxır.
5. Qoxu duyğunuz inkişaf edir:
Orgazm əsnasında beynin hipofiz bölgəsindən ifraz olunan “prolaktin”hormonu sayəsində beynin qoxu hiss etmə mərkəzi xəbərdar edilir və bu şəkildə nizamlı seks sonrasında kəslərdə qoxu hiss etmə duyğusu inkişaf edir.
6. Yaşlanmağı gecikdirir:
Bəli, Dr. Məmməd Öz-ə görə ildə 100 dəfə edilən əlaqə ilə yaşlanma azalır, dəri gözəlləşir.
7. İmmunitet sistemini gücləndirir:
Edilən araşdırmalara görə həftədə bir və ya iki dəfə seks, immunitet sistemi üzərində 30 % nisbətində artırıcı təsir edir. Bu şəkildə təbii olaraq xəstəliklərə qalib gəlirsiniz.
8. Ağrı kəsici xüsusiyyəti:
Bir çox qadın yoldaşlarını rədd etmək üçün istifadə etdiyi “canım başım ağrıyır” bəhanəsi artıq çox işə yaramayacaq. Çünki cinsi əlaqə və orgazm olma əsnasında ifraz olunan “oksitosin” hormonu sayəsində qadınlarda “endorfin” hormonunun yüksəlməsi ilə birlikdə ağrı kəsici təsir edir.
Bu şəkildə təmin edici seks, qadınlarda migren və vaskuler baş ağrılarının azalmasına səbəb olur.
9. Vucudu formaya salır:
Seks əsnasında bir çox bədən əzələsi və skelet sistemi koordinasiyalı olaraq işləyərək sıx məşq edirlər. Bunun nəticəsində nizamlı seks, vücudun formaya düşməsini təmin edir.
10. Vucudunuzun elastikliyi artır:
Vucudunuzun elastikliyi nizamlı seks ilə birlikdə artır.
11. Sümüklərinizi gücləndirir:
Seks əsnasında ifraz olunulan testosteron hormonunun sümükləri gücləndirici təsirləri var.

Qadın Sağlamlığı Üzərində Təsirləri
12. Pelvik əzələlərinizi gücləndirir:
Seks əsnasında pelvis yəni “ləyən sümüyü” içində olan bir çox əzələ koordinasiyalı olaraq işləyir. Bu şəkildə qadınlarda xüsusilə kilimas sonrası görülən məsanə, uşaqlıq yolu və bağırsaq sallanmaları azalır.
13. Aybaşı sancılarınızı (dismenore) azaldır:
Dismenorenin azalması da seksualın ağrı kəsici xüsusiyyətinin başqa bir əks olunması olaraq düşünülə bilər.
14. Aybaşını təşkil edir:
Stanford Universitetində edilən bir araşdırmada həftədə ən az bir dəfə seks edən qadınların aybaşı dövrlərinin, ayda bir dəfə edənlərə nisbətlə daha nizamlı olduğu müəyyən olunmuşdur.
15. Pelvis bölgəsinin qan dövranını müsbət istiqamətdə təsirlənir:
Cinsi əlaqə və orgazm əsnasında pelvis bölgəsində qanlanma artımı uşaqlıq yolu, yumurtalıqlar kimi bir çox pelvik orqanların sağlam funksiya görə bilməsinə müsbət istiqamətdə təsir edir.
16. Vaginal quruluğu azaldır:
Nizamlı seks ilə vagina və pelvis damar dövranının yaxşı inkişafı nəticəsində xüsusilə klimas dövrü sonrasında ortaya sıx olaraq çıxan “vaginal quruluq” problemlərinin raygəlməsi də azalır. Necə ki vaginal islanmanın, vahinanın öz damar strukturlarından meydana gəldiyi bilinir.
17. “Seks, seksi artırır”:
Edilən hər seks sonrası kəslərdə libido artımına səbəb olan “testosteron” hormonu artır. Testosteron hormonu da kəslərdə cinsi istəyi təkrar təkrar qamçılayır.

Psixoloji Sağlamlıq və Ailə Sağlamlığı Üzərinə Təsirləri
18. Ailə bütünlüyünü və davamlılığını dəstəkləyir:
Evliliklərdə zaman-zaman yaranan bəzi mübahisələr nəticəsində yaranan gərginliklər seks ilə həll edilə bilir. Bu şəkildə nizamlı seks, sanki bir “meditasya və ya müalicə etmək” kimi ailə bütünlüyünün sağlam bir şəkildə davamlılığı üçün imtina edilməz ünsürlərdəndir.
19. Öz limitlərinizi aşmanız üçün birlikdə “bəhanəniz” olur:
Bəli, cinsi əlaqə əsnasında özünüzü ən təbii halınızla; xoşbəxt, aqresif, ehtiraslı və həyəcanlı şəkildə ortaya qoymanız, gün içindəki bütün monotonluqlardan qurtararaq bir yerdə “sizin siz kimi davranmanızı” təmin edir.
20. Özünüzə etibarınızı artırır:
Sevdiyiniz yoldaşınızı fiziki və romantik doyuma çatdırmanız sizi də xoşbəxt edərək özünüzə olan etibarınızı artırır. Bu şəkildə kəslərin özlərini daha çox sevmələrinə imkan tanıyır.
21. Həyat tərzinizi fərqliləşdirir:
Yoldaşı ilə cinsi uyğunlaşmazlıq, təminsizlik və ya müvəffəqiyyətsizlik yaşayan bir çox cütün özlərinə başqa məşğuliyyət tapdıqları gerçəkdir.
Cinsi həyatları müsbət istiqamətdə inkişaf edən, eşq və ehtirası doyunca yaşayan kəslərdə isə həyat sahələrindəki prioritetlərin dəyişdiyi görülür. Daha xoşbəxt, daha rahat və müsbət həyat onların həyat tərzinə çevrilir.
22. “Sizlərə dünyanın ən gözəl meyvəsi”ni təqdim edir:
Bəli, iki adamın bir-birini sevərək meydana gətirdikləri ortaq eşq meyvəsi təbii ki dünyanın ən vaz keçilməzidir. “Sağlam körpə dünyaya gətirmək” bütün cütlərin ortaq düşüncəsi və idealıdır. Bu şəkildə evliliklər çox daha məna və dad qazanır.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 375 Bölmə: Maraqli Melumatlar