beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxt cütlüklərin yataq sirləri

Cinsi baxımdan bir-birinə bağlı olan cütlüklər daha şəfqətli, bağışlayan, romantik, həssas olurlar. Daha az yalnız, daha az kefsiz və daha az şübhəli hiss edirlər.

Qadınlar.Biz xoşbəxt cütlüklərin yataq sirlərini təqdim edir.

Bir nizamları var

"Zamana buraxmaq” insanların asan bildiyi həll yoludur. Ancaq məsələ seks olunca zamana buraxmaq bəzən doğru olmur. Ağır iş tempi, uşaqlar, həyatın digər çətinlikləri deyərkən bir də baxırsız ki, o "axın” aylarla davam edibmiş. Halbuki xoşbəxt cütlüklər hər gün deyil, müəyyən bir aralıqlarla sevişirlər. Cinsi yaxınlıq tərəflərin yaxınlaşmasına kömək edir. Əksi isə uzaqlaşdırır. Xüsusən də kişilər xanımları ilə daha yaxın olmaq üçün seksə daha çox ehtiyac duyarlar.

Toxunurlar

Xoşbəxt cütlükər sadəcə yataqda deyil, hər zaman bir-birinə toxunurlar. Bunun mütləq seksual bir toxunuş olması əsas deyil. Amma bəzən məsum bir toxunuş işi bambaşqa yerlərə daşıya bilir. Belə başlayan bir seks daha çox razı salan və ehtiraslı olur. Gün içində yaşanan adi toxunuşlar ön sevişmə təsiri yaradıb sizi axşamkı gözəl sevişməyə hazırlayır.

Cəzalandırmırlar

Xoşbəxt cütlüklər qətiyyən bir-birini "sevişməməklə” cəzalandırmırlar. Cütlüklər arasında yaşanan "seks mübarizəsi” nəticəsində tərəflər seksdən soyuyur. Buna görə gələn dəfə ona qəzəblənsəniz, cəzalandırmaq yerinə özünüzü sözlərinizlə ifadə edin.


Tarix: 22.11.2014 / 23:11 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Maraqli Melumatlar