beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evdemi qaldin?(müzakire

Ancaq qohum-qonşunun, etrafımdakı insanların qınağı, tez-tez bu barede soruşmaları mene çox pis tesir edir. İnsana yazıq kimi baxırlar, acıyırlar sanki… Bele söz-söhbetler, “filankesin qızı evde qalıb” kimi ifadeler ailemi de çox utandırır ve men de özümü günahkar, pis bir şey etmiş kimi hiss edirem. Ancaq meni daha çox maraqlandıran ixtisasımda yükselmeyim olub. Hemçinin, özümü onunla xoşbext hiss edeceyim bir insanla qarşılaşmamışam hele. Cemiyyetin bu cür düşüncesini heç cür qebul ede bilmirem.


Bu sözleri söyleyen ve bu baxışdan sıxılan Helime E.-dır. Danılmazdır ki, etrafımızda ve tanışlarımız arasında onun kimi qızlar çoxdur. Buna da sebeb çox hallarda karyera qurmağı daha üstün bilmeleri ve bu müddet erzinde de aile qurmaq üçün yaş heddinin keçmesi olur. Diger sebeblerin de bu meseleye tesiri olur. Ancaq sebebinden asılı olmayaraq hemin qızlar tez-tez “Niye evlenmirsen, evdemi qaldın?” suallarına tuş gelirler ve bu da onları çox narahat edir. Evliliyi geciken qadınlar, evlene bilmeme üzünden psixoloji problemlerle üzleşir. Bunda etrafın tesiri de açıqca görülür.

"Evde qalmis" qiz statusu
Cemiyyet nezerinde “evde qalmış” reftarı gören qızlar narahat olurlar. Meruz qaldıqları menfi reftar qarşısında bezen tekliye qapılan genc qızlar istemedikleri keslerle evlenmek mecburiyyetinde qalırlar. Xüsusile adetlerin güclü olduğu Şerq ölkeleri bu tetbiq ağırlığını daha çox hiss etdirir. Evde qalma qorxusu erken yaşda evliliklerin de en böyük sebeblerinden biridir. Qadınlarla yanaşı kişiler de eyni menfi baxış terzi ile qarşı-qarşıyadır.

Psixoloq Taryel Farizoğlu ile xüsusile qadınların gec aile qurması ve buna sebeb olan amiller, eyni zamanda, cemiyyetin hemin qızlara baxışının psixoloji tesirlerinden danışdıq. Psixoloqun fikrince, qızların aile qurmağı texire salması sonradan bir çox probleme yol açır: “Bu da tebii haldır. Çünki insanın fiziologiyasından tutmuş bu meseleye baxışa kimi psixologiyaya bu meqamda menfi tesir gösterir. Qadınlarda müeyyen
telebatların ödenilmemesi 30 yaşdan sonra hormonal problem yaradır. Hetta güclü orqanizme sahib qadınlarda da bu problemler özünü biruze verir. Zeif orqanizmli qadınlarda ise bu, artıq özünü müxtelif xesteliklerle gösterir”.

......Kiminse shexsi heyatina qarismaga haqqimiz varmi?.....


Bes cemiyyetimiz gec aile quran qızlar haqqında xoşagelmez ifadeler işletmek haqqını hardan alır? Niye mehz bunu müzakire obyektine çevirmeliyik? Bu ki şexsin öz heyatı ve qerarlarıdır. Bu müdaxile hansı tesirleri yaradır? Taryel Faziloğlu bu suallarımıza da aydınlıq getirdi: “Doğrudur, hemin qadınlar bir terefden de, cemiyyetin tezyiqine meruz qalırlar. Bele ki, cemiyyetin bu meseleye baxışı, qınağı hemişe qızlarda psixoloji gerginlik yaradır. Bu da onların sinir sistemine menfi tesir gösterir. Bele ki, daimi gerginlik onların sinir sisteminde boşalmalar yaradır, eseb pozuntularına sebeb olur. Hemin xanım artıq müeyyen müddetden sonra esebi xarakterli olur, daha kobud davranışlara yol verir. Bu da neticede onu etrafından, iş yerinden, ümumilikde cemiyyetden soyudur. Bununla da hemin psixoloji problemler böyüyerek stresse, depresiyaya getirib çıxarır. Bu hal da qadınlarda artıq nezere çarpmağa başlayır

.....Yalnis dusunce terzi.....

Psixoloq onu da elave etdi ki, cemiyyetin düşünce terzi hansı düşünce sistemine, psixologiyaya sahib olmasından çox asılıdır: “Biz Şerq düşünce terzine malikik. Bizde fikir yürütmek toplumsal xarakter daşıyır. Bu da cemiyyetin düşüncesine bir yanlışlığın hakim kesilmesidir. Belelikle, insanlar özlerine haqq verirler ki, her hansı şexsi qiymetlendirsinler ve onun haqqında fikir yürütsünler. Neticede de insana cemiyyetin fikirlerinin tesiri böyük olur. Avropada ferdi psixologiya terzi üstünlük teşkil edir ve heç kim heç kimin şexsi heyatına qarışmır. Heyatı barede verdiyi qerarlarda her zaman haqlı sayılır. Bizim xalqımız da Şerq psixologiyasını tetbiq etdiyinden bu cür problemler yarana bilir. İnsanları adeten istiqanlı, soyuqqanlı kimi
qruplara bölürler. Biz de ümumilikde istiqanlı xalqıq ve buna göre de, etrafımızdakı insanlara, onların heyatına bigane qala bilmirik. Bundan qaynaqlanaraq da müeyyen fikir bildirmeli oluruq”.

Demeli, qızların gec aile qurmasının ve ya qarımasının birinci sebebi sosial azadlıqla bağlıdır. Bele ki, sosial sahede aktivleşen, ayrı-ayrı işlerde uğur qazanan bir çox qızların aile heyatı qurmaq mövqeyi müeyyen qeder zeifleyir. Çünki bele xanımlar düşünür ki, eger aile heyatı qursalar, bu, onların karyerasına menfi tesir gösterecek. Bele qızlar bir de onda ayılırlar ki, yaş 35-40-a çatıb, aile ise yoxdur. Bu da cemiyyetin gözünden qaçmır ve maraq obyekti olur.


...Diger sebebler...


Yaranan veziyyet müxtelif istiqametlerde müzakire ve izah olunur. Aile meseleleri üzre mütexessisler genc qızların yaşadığı bu veziyyeti, qebile ve tayfa elaqelerinin davamı olaraq qiymetlendirir. Onların fikrince, problemin sosioloji terifini ise emek bölgüsünde yaşa göre qadın ve kişiye yüklenen rollar şeklinde yekunlaşdırır. Müeyyen bir yetkinlik merhelesinden sonra evlene bilmeyen kişi ve qadınların cemiyyetde “funksiyası xarab” deye qebul edildiyini ifade eden yetkililer, enenevi quruluşda soyun davamının cinsiyyetdeki iş paylaşmasına bağlandığını xatırladır. Behs edilen narahatlığın zaman içinde “anormalitaya” döndüyüne diqqet çeken professorlar, xariclenen, tezyiqe meruz qalan ve tez-tez görücülerle hemsöhbet qalan qız ve ya kişinin ictimai çareler axtarışına başladığını yazır. İçinden çıxılmaz bir hala düşen qız ve kişinin etrafda problemli olaraq görülmesi sebebinden özüne inamlarını itirdiyini izah eden professorlar, “Möhteremliyi itirme narahatlığı, ferde menfi tesir eder, depressiya kimi sonsuz bir dövrün içine salar”-deye bildirirler. Cinsiyyet ve yaşa söykenen mühakimeler, şexsin içinde olduğu qruplara göre şerh olunmasını teleb edir.

Eyni zamanda, qadın ve kişilerde evlilik yaşının bölgeden bölgeye deyişdiyini xatırladaraq Şerqde 20-25 arasında olan evlilikçağının qerbde 30-35e qeder çıxa bildiyini vurğulayır. Evliliyin qadında ictimai şexsiyyet ve dayaq meydana getirdiyine toxunan professorlar, tehsilli ve peşeleriyle ayaqları üzerinde dayana bilen qadınların evlilikde ictimai tezyiqe daha çox döze bildiyini dile getirir. Meselenin temelinde ictimai, iqtisadi ve medeni faktorların yatdığını söyleyen mütexessisler Şerq enene ve adetlerinde qadının “namus” baxımından evli ve müeyyen bir kişinin qoruması altında seçildiyini köçürür. Bezen maddi imkanların kafi olması behs edilen mehdudlaşdırmağı ortadan qaldırmadığını bildirilerek müasir ölkelerde bele iqtisadi azadlıqların qadınların evlenmesinde teyin edici faktor sayıldığını xatırladılır.

Qeyd edek ki, bölgelerde qızlar erken yaşda ere verildiyinden artıq 23-25 yaşlı qızları olan aileler narahat olmağa başlayırlar. Eyni zamanda, etrafda da artıq söhbet obyektine çevirili ve sebebler axtarılmağa başlanır.

Mütexessisler, evliliyi geciken qadınların yaşadıqları çetinlikleri bu şekilde açıqlayır: “Niye evlenmirsen? sualıyla şexsin günleri eziyyete çevriler. Bu davranış psixoloji mehdudlaşdırma ve böhranı özü ile getirer. Biri ile evlenmek çox vaxt beyenilmek menasını verer. Bu duyğunu yaşamamanın verdiyi ferdi problemler ortaya çıxar. Neticede deyersizlik ve teklik duyğusu depressiyaya sebeb ola biler”.

....Qüruru incinen qızlar.....

Evlene bilmedikleri üçün problemler yaşayan qadınlar müveffeqiyyetli olduqları sahelerde özlerini göstermelidir. Mütexessisler xanımlara bezi hobbi ve ferdi qabiliyyetlerini sergileyerek bu veziyyetden xilas olmalarını teklif edir. Sırf evlenmek üçün edilen izdivaclar, yeni meseleleri beraberinde getire biler. Çünki boşanma halında mal paylaşması, uşaq, dolanışıqsızlıq ve şiddet adamda temir edilmez tesirler buraxa bilir.

Deyişik sebeblerden evliliyini gecikdiren bezi qadınlar ise iller keçdikce adamın namized seçkisinde çetinlik çekdiyini izah edir. Adlarını gizleyen qızlar bunları söyleyir: “Her gün etrafda olmadıqtenqidler alırıq. Bu bezen sözlerle, bezi vaxt da zarafat yollu olur”.

...Niye?...

Bir çox şexsden de qızların gec aile qurmalarının sebebini soruşduq. Bezileri bunu şexsi problemlerin ola bilmesiyle izah etdi. Bezilerinin fikrince ise, uyğun heyat yoldaşı tapmamaq ola biler.

Bir çoxlarının reyine esasen, bu, bir sıra sahelerde Avropaya inteqrasiya etdiyimiz kimi, evlilik meselesinde de onları özümüze nümune götürümeyimizden ireli gelir. Bir çox hallarda karyera ile bağlı olmasını nümune getirdiler.

Heqiqeten de, bir çox qadınlar özlerini işle, karyera ile bağlayaraq şexsi heyatlarına heç fikir vermirler. Onlar karyera pillesinde addımbaaddım yuxarı qalxdıqca arxada qalan şexsi heyatlarını yaddan çıxarırlar. Her bir addım onların şexsi heyatlarına bir kölge salır. Her bir addımı atarken qabaqlarına çıxan kişilerde ve ya mehebbetde sanki neyinse çatmadığını düşünür ve ya vaxt çatışmazlığı ucbatından şexsi heyatlarını qura bilmirler.

İşde ilk evvel her şeyin yaxşı getdiyini görerek onlar özlerinde bir yüngüllük hiss edirler. Lakin ele anlar olur ki, adam özüne qapılır, heyatın menasızlığını, heç bir stimul olmadığını fikirleşerek, heyatını göz qabağına getirir. Belelikle, real variantları nezerden keçirir, her bir namizedin üstünden xett çekerek “yox” cavabı verir. Etrafdakıların bu barede fikirleşmesi, aile qurmaq vaxtının çatdığı haqqında söhbetler hemin qadınlara toxunur, bu söhbetden qaçmağa çalışırlar. Hemin söhbetlerin qarşılığında ancaq bir kelme söz deyirler: “Hele ki lazımi namizedi tapmamışam”.
Bu söhbetlerden tenge gelerek bezen real namizedlerle elaqe saxlamağa çalışır, lakin son anda bu fikirden qaçır, birinci addımı atmaqdan qorxurlar. Belelikle, bu qadınların günleri illerle evez olunur.
Elbette, bezi işgüzar qadınlar güclü şexs axtarmaqla sehve yol verirler. Her şeyin sebebi xeyallardadır. Siz ailenin başçısını ve kişini axtarmaqla sehve yol verirsiniz.

.....En böyük karyera ailedir.....

Müsahibimiz teryel Faziloğlu bu barede
xanımlara öz meslehetlerini de verdi: “İster qadın, isterse de kişi üçün en böyük karyera ailedir. Doğru-düzgün aile qura bilen ve o ailede övlad yetişdire bilen qadın ve ya kişi en böyük karyerasını qurmuş olur. Karyeraya geldikde ise, gözel bir aile iş heyatına heç bir mane töretmir, eksine ona bir destekdir. Aile qurmaqdan çekinmek lazım deyil. Esas odur ki, doğru insanla aile qurasan. Seni başa düşen, her zaman destek ola bilen bir insanla aile qurmaq vacibdir. Bilirsiz, olur ki, xanımın aile qurmaq yaşı çatır ve özü de aile qurmaq isteyir, ancaq qarşısına çıxan şexsi düzgün qiymetlendirmir. Sonra da artıq yaş heddi artdıqca onu başa düşmeyen, ona deyer vermeyen bir insanı seçir ve onun esirine çevrilirler. Ona göre de, zamanında doğru seçim etmekden çekinmesinler”.


Tarix: 28.02.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1724 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri