beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu kiçik hiylələrlə qamətli və zərif görünə bilərsiniz
Bu kiçik hiylələrlə qamətli və zərif görünə bilərsiniz

Çox sadə üsullarla olduğunuzdan daha incə görünə bilərsiniz. Sizin üçün 6 ipicu hazırlamışıq.

Yüksək bel
Yüksək bel ayaqları uzun göstərdiyi üçün silutetinizi incəltəcək, eyni zamanda qarındakı artıq kilolar görünməyəcək.

Tək rəng geyinin
Alt və üst geyini eyni rəngdə siluetiniz bölmədən geyinsəniz, daha uzun görünmüş olarsınız. Uzun boy isə sizi olduğunuzdan arıq göstərəcək.

Zolaqlı cizgilər daima incə göstərir
Eninə cizgilər daha kök, uzun cizgilər isə daha arıq göstərir. Kök xanımlar çox şanslıdır ki, bu mövsüm zolaqlı geyimlər dəbdədir.

V yaxanın sirri
V yaxa köynəklər dərinlik görüntüsü yaradıb silueti daha zərif göstərir.

Tökülən geyimlərin sirri
Kök olduğunuz bölgəyə daha boş və tökülən geyimlər geyinin. Omba və bud hisslər kökdürsə, yuxarı hissəsi geniş, aşağı dar olan şalvar geyinin. Qarın bölgənizdə artıq piylər varsa, tökülən köynəklərə üstünlük verin. Lakin böyük ölçü və tökülən geyimləri bir-birinə qarışdırmayın. Əks halda daha kök görünə bilərsiniz.

Topuqlu ayaqqabıların sehri
Üzərində rahat ola biləcəyiniz topuqlu ayaqqabı sizi arıq göstərən ən dəyərli geyim əşyası ola bilər. Çünki sizi 5 sm uzun göstərəcək. Ayaqlarınız daha uzun, biləkləriniz isə çox zərif görünəcək.


Tarix: 16.04.2015 / 11:25 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri