beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sehrli qidalar ilə möhtəşəm saçlar

Sehrli qidalar ilə həm saçınız sağlam olsun həm də sağlamlığınız yerində olsun. Bunlar üçün tonla pul xərcləmənizə ehtiyac yoxdur.
Sağlamlıq üçün əhəmiyyətli olan bal saçlarınız üçündə çox əhəmiyyətlidir. Saçdakı nəmi alıb həbs edən bal, saçlarınızın yumşaq olmasına köməkçi olacaq. Bir şorba qaşığı balı istifadə etdiyiniz şampun ilə qarışdırıb saçınızı yuyun. Aradakı fərqi qısa bir müddət sonra görəcəksiniz.
Dolğun saçlara sahib olmağı hər kəs istər. Düyü burada dövrəyə girir. Bir qaba qoyduğunuz düyünü eyni qabdan olacaq şəkildə iki qab dolusu suyun içərisinə əlavə edin. Əlavə etdiyiniz düyünü səhərə qədər gözlədin və səhər düyünü süzün. Süzdüyünüz suyu sprey ağızı olan hər hansı bir şüşəyə tökün. Saçlarınızı qurutmadan əvvəl bu qarışığı tətbiq etsəniz saçlarınızın daha dolğun olacağını görəcəksiniz.
Olduqca parladıcı olan alma sirkəsi saçlarınız üçün çox gözəl bir təklif olacaq. Saçınızı yuduqdan sonra alma sirkəsi ilə yaxalayın. Qulağa çox asan gələn bu üsul, həqiqətən də işə yarayacaq. Lakin unutmayın bu üsul boyalı saçlar üçün çox uyğun deyil.
Saçınız çox yağlıdır?Yemək qaşığı və ya beş ədəd nanəli paket çayı dəmləyin. Ardından soyumağa qoyun. Soyumuş olan nanəli çayı saçınızı yuduqdan sonra son yaxlama suyu olaraq istifadə edin. Bu üsul saçınızdakı çox yağın ortadan qalxmasına köməkçi olacaq.
Daha dolğun və iri saçlar istəyirsiniz? O zaman quşburnu çayını dəmləyin. Zeytunyağı ilə qarışdırıb boş bir şüşə içərisində gözlədin. Gözlətmə müddətiniz bir gecə olmalıdır. Sabahısı gün quru olan saçınıza bu qarışığı əlavə edib sürtün və darayın. Təxminən on dəqiqə gözlədin və saçınızı yuyun və saçlarınızın yeni halıyla tanış olun.


Tarix: 28.06.2013 / 19:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 89 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri