beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanım ve Avtomobil

Xanım və Avtomobil
Deyişen zaman, inkişaf eden texnologiya insanın heyat terzine hem müsbet hem de menfi tesirler gösterir. İnsan zaman keçdikce menfileri aradan qaldırıb özünden kenar ederse, müsbetleri ise daha da inkişaf etdirerek zirveye çatdırar.

Eger 25 il önce ölkemizde avtomobil idare eden xanımlar 1, 2 % idise, bugün paytaxtımız Bakı küçelerinde işıqforlar altında dayandıqda şahid olarıq ki, bu faiz defelerce çoxalıb ve bu hal bu seviyyede davam etse artıq kişiler ile beraberlik qazanılıcaq. Bu çox sevindirici haldır ki, qadın ailedeki ana vezifesinin öhdesinden meharetle gelmekle sürücülük qabiliyyetini de üze çıxarır. Eger ana övladını serbest şekilde avtomobili ile baxçaya, mektebe aparırsa bu kişilere kömek deyil mi?

Danılmaz bir fakt vardır ki, qadınlar kişilere nisbeten avtomobili idare ederken daha ehtiyatlı ve diqqetli olurlar ve qanun pozuntusuna yol vermeden özlerini menzil başına çatdırırlar. Bu bizim bir + cehetimiz.

Kişilerle müqayisede qadınlar avtomobilin ful salon olmasına bir o qeder de diqqet yetirmirler, qadına sadece konfortlu olan avtomatik müherrik qutusu, kondisoner, ve s. mexsus olan maşın maraqlıdır. Esas mesele ise qadınlar avtomobil seçerken nisbeten kiçik hecmli avtomobillere üstünlük veririrler ve avtomobilin ilinin tezeliyini qarşıya qoyurlar. Tıxacı çox olan meqapolis şehere kiçik avtomobiller kömeklik gösterir. Bu bizim ikinci + cehetimiz. Cuzi halda şeherimizde bahalı markalı, böyük hecmli avtomobiller süren xanılarımızda vardır. Nece deyerler “cibine qüvvet”.

Avropa ölkeleri ile müqayisede Asiya ölkelerinde xanımların avtomobile olan maraqları bir az azdır, yeni avropa qadını öz yolunu özü getmek isteyirse, Asiya qadını heyat yoldaşı ile birge getmekle kifayetlene bilir, inkişaf etmiş ölkeler üçün bu istisna hal ola biler. Lakin bu gün bizim eyaletlerimizde qadın sürücüye hetta ictimai neqliyyat idare eden xanımlarımızada rast gelinir, bu ise qadınlarımızın möhkem iradesin olmasına delildir. Demek qadın heqiqeten “böyük qüvvedir”. Biz bunuda ede bilerik. Bu bizim üçüncü + cehetimiz.

Eziz kişiler biz avtomobil sürmekle sizin yolunuzu getmek istemirik sadece getdiyiniz yolda size yoldaş olmaq isteyirik, bu sebebden de xahiş edirik avtomobil idare eden xanımlarımıza teeccüblü baxışlarla baxmayın, onların avtomobilleri qarşısında kinayeli gülüşle avtomobiliniz tozunu havaya qaldırmaqla nece sürücü olduğunuzu nümayiş etdirmeyin çünki eyni suret qutusu sizin qarşınızdakı avtomobilde de vardır.

Eks halda qadınlara destek olun, onları ruhlandırın, maşına olan maraqlarını daha da artırın ki, sabah qadınların kömeyine ehtiyacınız olduğunda neden seni öyretmedim demeyin ve onları heyata hazırlayın bir gün siz olmayanda nece yaşayacaqları heyata…


Tarix: 26.05.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 546 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri