beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabaşaq pəhrizi

Sizlərin diqqətinə yenədə maraqlı bir pəhriz təqdim edirik. Bu qarabaşaq yarması (qreçka) pəhrizidir. Bu faydalı pəhrizdən istifadə zamanı siz cəmi iki həftəyə 10 kiloqram arıqlaya biləcəksiniz. Lakin bu pəhrizi 2 həftədən artıq saxlamaq olmaz, bu sağlamlığınız ünün zərərli ola bilər. Pəhrizə baxmayaraq əgər siz hələdə istədiyiniz çəkini əldə etməmisinizsə mütləq bir ay fasilə verib sonra yenə saxlamaq lazımdır amma növbəti pəhrizi bir həftə saxlamalısınız.

Qarabaşaq çox xeyirli bir qidadı, onun tərkibində amino turşular və həmçinin də kalium, maqnium var. Yüz qram qarabaşaqda 375 kkal var və bu kaloriya bir xörək qaşığı bitki yağındadır. Yəni bu qədər az. Bəs bu necə hazırlanır?

Hazırlanma qaydası elədə çətin deyil, gecə 1 stəkan qarabaşaq 2 stəkan qaynar su əlavə edirsiz. Səhərə kimi qalır ve o suyu udur, şəhər qarabaşaq şişmiş vəziyyətə çevrilib. Artıq suyu süzürsüz. Nə duz nə də yağ əlavə etmək olmaz, bişirmək də olmaz. Çünki bişmiş qarabaşağın vitaminləri itir və onun orqanizmi təmizləyici xüsusiyyəti onun yumuşalması ilə itir. Onu da deyim ki hamilələr, şəkər xəstələri və mədə-bağırsaq traktında xəstəlik olanlar bundan istifadə edə bilməzlər.

Bütün gün ərzində nə qədər qarabaşaq istəyirsiz yeyə bilərsiz. Əlavə olaraq qatıqdan istifadə edirsiz. Qatıq 1 litrdən artıq olmaz, yatmağa 4-6 saat qalmış yemək olmaz. Amma istəsəz 1 stəkan qatıq içə bilərsiz. Gün ərzində polivitaminlərdən istifadə edin. 1-2 ədəd alma və apelsin yemək olar. Bunu da bildirim ki, bu diyeta beyin qan dövranını azaldır ona görə də biliyimizi artırmağa mane olur ancaq bunun da çıxış yolu var. Bir stəkan suya 1 çay qaşığı bal və bir dilim limon əlavə edin və için. Qorxmayın bu baldakı qlukoza bütünlüklə beyini qidalandırır. Səhərlər çay və kofesiz qala bilməyənlər, çay və kofedən istifadə edə bilərlər amma şəkərsiz .Əlbəttəki gündəlik idmanı tərk etməyin.


Tarix: 25.11.2014 / 12:26 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri