beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əvvəl cavabla, sonra tərzini özün təyin et...

1. "Olmazsa olmaz" dediyin kosmetik vasitən hansıdır?

a) Göz qələmi

b) Dodaq boyası

c) Tonal krem

2. Bir dəvətə getsən hansını geyinərsən?

a) Gözəl bir paltar

b) Qısa ətək

c) Cins

3. Hansı məşhurun tərzini daha çox bəyənirsən?

a) Beyonce

b) Rihanna

c) Katty Perry

4. Sevgilinlə görüşəcəksən. Necə makiyaj edərsən?

a) Təkcə tonal kremlə üzündəki qara nöqtələri gizlədər və təbii görünməyə çalışarsan

b) Full makiyaj edər və qırmızı dodaq boyasını da unutmarsan

c) Sadəcə ənlik və dodaq parıldadıcısı

5. Çantanda hansılar hər zaman var?

a) Əl kremi, güzgü, parıldadıcı

b) Ətir, dodaq boyası, maqqaş

c) Günlük bez və daraq

6. Geyim tərzini hansı sözlə ifadə edərsən?

a) Trendy

b) İddialı

c) İdman üslubu

7. Dırnaq lakı alarkən nəyə diqqət yetirirsən?

a) Keyfiyyətinə

b) Rənginə

c) Qiymətinə

A: Dəbi izləyən, xarici görünüşünə diqqət yetirən birisən. Lak da sənin olmazsa olmazındır. Adətən açıqq rəng lak çəkir və lakın geyindiyin paltarın rənginə uyğun gəlməsinə diqqət yetirirsən. Sadəcə xüsusi dəvətlərdə qırmızı və ya qara kimi tünd rəng laklardan istifadə edirsən.

B: Dəb xəstəsisən. Hətta marketə də dırnağında lak olmadan getmirsən. Qırmızı, göy, qara kimi rənglərdən heç çəkinmədən istifadə edirsən. Amma dırnaqların da hava almalıdır. Bəzən onlara bu barədə diqqət yetir.

C: İdman üslubuna daha çox önəm verirsən. Makiyaj, manikur, pedikur, salonlar heç sənə görə deyil.


Tarix: 29.12.2012 / 18:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 272 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri