Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir daha dəriyə qulluq haqqında

Qarışıq dəri ən çox qulluq və diqqət tələb edən dəridir. Yağlı və quru dərisi olan xanımlardan fərqli olaraq, qarışıq dərisi olan xanımlar hər iki dərinin xüsusiyyətlərini və onlara necə qulluq etmək lazım olduğunu bilməlidirlər.

Eyni vaxtda müxtəlif maskalardan yararlanmalıdırlar. Qarışıq dəri, adətən belə olur. Qadınların alnı, burnu və çənəsi yağlı, yanaqları, boğazının dərisi isə quru olur. Belə dərisi olan qadınlar kosmetikadan istifadə edərkən bir qədər ehtiyatlı olmalıdırlar. Onlar üzlərinə həm quru, həm də yağlı dəri kimi qulluq etməli, səhər və axşam üzlərini çobanyastığı məlhəmi ilə yumalı, sonra yağlı yerləri günaşırı lasyonla silməli, yanaqlara və boğazın dərisinə isə uşaq kremi çəkməlidirlər.
Əgər üzdə civzə, sızanaq əmələ gəlirsə, həmin yerə qurudulmuş qara çörək ovuntusu (qara çörək sobada qurudulur, sonra həvəngdəstədə döyülür) ilə hidrogen-peroksiddən (1 çay qaşığı çörək ovuntusuna 1 xörək qaşığı 3 faizli hidrogen-peroksid) hazırlanmış məlhəm çəkməlidirlər. Məlhəmi dairəvi hərəkətlərlə üzə çəkir və sonra süd qatılmış su ilə yuyurlar.
Üzündə irinli sızanaqlar olan qadınlar bu məlhəmdən istifadə etməməlidirlər. Onlar tünd təamlı yeməklər yeməməli, pəhrizə riayət etməli, karbohidratları, yağları azaltmalı, vitaminlə zəngin yeməklərlə qidalanmalıdırlar.


Tarix: 29.12.2012 / 17:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...