Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kosmetik vasitələrin ömrü nə qədərdir?

Təxminən 10 il əvvəl belə bir ümumi fikir var idi ki, kosmetik vasitələr öz qoxusunu və rəngini dəyişənə qədər onlardan istifadə etmək olar. Bu günsə vəziyyət fərqlidir. Biz istifadə etdiyimiz vasitələr haqqında hər şeyi dəqiqliyi ilə bilmək istəyirik. Ümumiyyətlə isə Avropa standartlarına görə, kosmetik vasitə ağzı açılmadan , 36 aydan çox olmamaq şərti ilə saxlanıla bilər. Istifadə edildikdə isə geriyə sayım başlayır.

Dərhal istifadə
Ampulada saxlanılan kosmetik vasitələr açılan kimi istifadə edilməlidir. Onların tərkibinə konservantlar bir qayda olaraq əlavə edilmir. Tərkibindəki maddələr işıq və istinin təsirinə həssas olduğundan 1 saat ərzində istifadə olunmalıdır.

3-4 ay
Ultrabənövşəyi kremləri bir fəsil saxlayıb, istifadə etmək olar. Bu müddət bitdikdən sonra , krem sizi ultrabənövşəyi şüalardan qorumayacaq. Bu kremi dərhal atmağa tələsməyin. Siz hələ 2-3 ay sonra da ondan qidalandırıcı krem olaraq istifadə edə bilərsiniz.

Tərkibində C vitamini olan kosmetik vasitələrdən də 3 aydan çox istifadə məsləhət görülmür.

5 aya qədər
Göz ətrafı dəri üçün nəzərdə tutulan vasitələr keyfiyyətini 5-6 ay ərzində saxlayır.

4-5 ay ərzində tuşu bitirmək lazımdır. Ondan çox istifadə etdiyimizdən hava və kirpiklərimiz onu tez sıradan çıxardır.

6 aya qədər
Nəmləndirici, qidalandırıcı və bərpa edici kremlərin də zamanı məhduddur. Tempratur artdıqca onların tərkibindəki yağlar əriyir. Nəticədə keyfiyyətsiz vasitələr dərinizə olduqca qorxulu təsir göstərir.
6 ay tonal kremlər üçün maksimum uzun müddətidir.

8 aya qədər
Avtozaqar , bədən losiyonları da 1 il ərzində istifadəyə tam yararlıdır.

1 il
Kirşan və göz kölgələri 1 illik vaxta malikdir.

Antibakterial köpüklərdən isə 1 ildən bir az artıq istifadə edə bilərsiniz.

2 il
Dodaq boyaları, gellər və bədən lasyonları 2 il istifadənizdədir.

3 il
Dezodarantlar, dodaq və göz qələmləri 3 il öz keyfiyyətini saxlayır.


Tarix: 26.12.2012 / 11:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 263 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...