beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçınızın ən böyük düşmənlərini tanıyırsınızmı?

Sağlam və gur görünən saçlar gözəlliyimizin ayrılmaz bir parçasını əmələ gətirir.
Bu səbəblə tökülməyə başladıqlarında dərhal hər kəsdə “Hamısı töküləcəkmi” qayğısı yaranır.

Mütəxəssislərə görə, gündə 50-100 saç telinin tökülməsi adi bir vəziyyətdir. Ancaq saç itkisi getdikcə artırsa bu təhlükəli ola bilər.

Hər bir saç ayda 1 sm uzanır . Saçların böyümə, dartılma, istirahət etmə olaraq 3 mərhələdən ibarət bir dövr keçirir. Hər bir saç üçün böyümə mərhələsi təxmini 4 ildir. Ancaq bir qisimi də təxminən 3 ay davam edən istirahət etmə mərhələsində olur.
Saçın təbii dövrü gərəyi son mərhələyə girən saçlar tökülür . Sağlam bir adamın gündə 50 və 100 saç teli tökülür. Əgər saç bundan artıq tökülürsə deməli bir problem var deməkdir.

Bir çox xəstəlik və hormonal, metabolik, bəsinsəl təsir ilə saç tökülmələri əmələ gələ bilər.
Saç tökülməsi şikayətiylə özlərinə müraciət edən xəstənin əvvəlcə problemin həllini tapa bilmək üçün xəstə detallı olaraq sorğulanır. Çünki bəzən yalnız istifadə edilən dərmanın kəsilməsi belə saç tökülməsində həll ola bilir.

Ya da xəstənin həddindən artıq diyet etdiyi təsbit edilsə, zülal və vitamindən zəngin bəslənməsi təklif edilir.

Saçları sıx yumaq, dəridəki qoruyucu bakteriyaları yox edərək tökülmələrə səbəb olur

Saçlarınızın dəsmal və ya saç qurutma maşınıyla deyil, təbii halında qurumasını təmin edin.

Həftədə 2 dəfə edilən saç maskaları, saçlarınızın güclənməsini təmin edir.

Saçınıza jele, saç köpüyü və ya briyantin kimi məhsullar tətbiq etdinizsə, gecə yatmadan əvvəl saçınızı yuyun.

Güclü saçlar üçün balanslı və saçın ana maddəsi keratinin quruluş daşı olan zülaldan zəngin bəslənin.

Perma, boya və düzləşdirmə kimi saçlarınıza zərər verən əməliyyatların tez-tez edilməsi də saçların zəifləyib qırılmalarına gətirib çıxarır.

Ən çox həftədə bir fen çəkdirin və sıx yığmaqdan qaçın.
İş və həyat şərtləri səbəbiylə karyera sahibi bəzi qadınlar, həddindən artıq dərəcədə töküldüyündən şikayət edir. Bunun da səbəbi, iş həyatından qaynaqlanan stress, baxımlı görünmək məqsədiylə saçlara tez-tez edilən boya və fen kimi zərər verən tətbiqlər, səbəb olur…

Bizi cəzbedici göstərən saçlarımız olduğu üçün onları qorumalıyıq.


Tarix: 25.12.2012 / 21:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 303 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri