beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ev şəraitində təbii otlardan lasyon və tonik hazırlanması üsulu…

Cökə, karahindiba, çobanyastığı, adaçayı, at quyruğu, nanə kimi otlarla evdə losyon düzəldə biləcəyimizi bilirdinizmi?

Hazırlayacağımız lasyonlar həm dəriyə məxmər kimi parlaqlıq təmin edən, həm də qırışıqlıqları zamanla azaldan mükəmməl bir təbii toniktir.



Hər gün təmizlənən dəridə problemlər elədə asan halda əmələ gəlməz.. Lakin həm dərimi təmizləyim, həm də qırışıqlıqlara qarşı mübarizə edim deyirsinizsə, düsturun təbiətdə olduğunu nəzərinə çatdırag… Farfor görünüşlü bir dəri əldə etmək istəyirsinizsə, şəfalı otların bu xüsusiyyətinə nəzər salın.

Təbii tonikləri necə hazırlaya bilərsiniz?
Cökə, çobanyastığı, adaçayı və at quyruğunu qaynamış suya atın. Bir qaba hamısından bir xörək qaşığı qoyun. Üstünü bağlayıb, 30 dəqiqə dəmlənməsini gözləyin. Bu qarışığın suyu da dərinizə parlaqlıq təmin edən, qırışıqlıqları zamanla azaldan mükəmməl bir təbii toniktir.
Bir təpələmə dolu xörək qaşığı adaçayı yarpaqlarını və cökə çiçəklərini qaynadın, soyudun. Səhərlər üz və boynunuzu bu su ilə silsəniz zamanla qırışıqlıqlar azalar.
Qaynatdığınız çobanyastığının suyu ilə hər səhər üzünüzü silin. Ardından nəmləndirici kremi üzünüzə sürtün. Bu üsulla zamanla dəriniz elastikiliyini artıracaq, qırışıqlıqlar azalacaqdır.
Doğranmış cəfəri kökü və saplarını 2 stəkan suda qaynadın. Səhər və axşam bu su ilə üz, boyun və əllərinizi silin. Qırışıqlıqlara qarşı qoruyar.

Cəfəri suyu quru cildlər üçün mükəmməl bir təbii losyondur.
Karahindibanın yarpaqları (2 yemək qaşığı) üzərinə 1 stəkan su əlavə edin. 15 dəqiqə qaynadın. Bu su soyuyunca pambıqla dərinizi silin. (Normal cildlər üçün istifadə edilər.)
Adaçayı və civanperçemdən bir xörək qaşığı götürün və qaynadın. Suyu ilə üzünüzü pambıqla silə bilərsiniz. Həm parlaq bir dəri görünüşü əldə edərsiniz həm də əgər menapauza dövründəsinizsə, görünüşü pozulan dərinizi düzəldə bilərsiniz.
Qurudulmuş adaçayı, çobanyastığı, nanə və cəfəridən bir xörək qaşığı olmaq şərtiylə bir qaba qoyun. Yarım stəkan su əlavə edin və qaynadın. Soyuduqdan sonra içinə bir çay stəkanı aloevera suyu qatın, üzərinə bir az da gül suyu əlavə edin. Təbii tonikiniz hazırdır.
Başqa bir ənənəvi dəri təmizlik otu da gicitkəndir. Doğranmış 2 yemək qaşığı gicitkən üzərinə qaynamış bir stəkan su tökün. 15 dəqiqə dəmlənməsini gözləyin. Bu su ilə səhər və axşam üzünüzü silin. (Normal cildlər üçün istifadə edilir.)

Hazırlanmış bu təbii toniklərdən istifadə etdikdən sonar mütləg dəri tipinizə uyğun kreminizi istifadə etməlisiniz…!


Tarix: 24.12.2012 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 387 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri