Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Isleyen qadinler tez qocalirlar

Kaliforniyanın Riversayd Universitetindən olan alimlər qrupu 10 il ərzində yaşı 45-84 arasında olan 1340 qadın arasında araşdırma aparmaqla bu qənaətə gəlib. Tədqiqat göstərib ki, yalnız ailə, ev işlərilə məşğul olan qadınlar dövlət və ya özəl sektorda çalışan xanımlarla müqayisədə daha az-az xəstələnir, onlar daha cavan qalır və çox yaşayır. Tədqiqatçılar bu araşdırma nəticəsində qadın xoşbəxtliyilə bağlı yenilik üzə çıxartdıqlarını bildirir: zərif cinsin nümayəndəsinin uzun illər təravətini, gümrahlığını, ruh yüksəkliyini və normal psixi durumunu qoruyub saxlaması üçün onlar ya kollektivlə çalışmamalı, ya da ümumiyyətlə, işdən, karyeradan imtina etməlidir.

Tədqiqat qrupuna rəhbərlik etmiş professor Lesli Martinin sözlərinə görə, işləməyin qadınları tez qocaltması işin gərginliyi və ya ağırlığı ilə yox, xanımların işdə «qazandığı» stresin öhdəsindən çətinliklə gəlməsilə bağlıdır.


Tarix: 27.05.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...