Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyat yoldaşı ila daha gözəl ünsiyyətə çatmağın yolları

Həyat yoldaşıyla daha gözəl ünsiyyətə çatmağın yolları

Uğurlu nikah və sağlam həyat bir çox fərdi və ictimai işlərin bünövrəsidir. Əgər evlilik uğurludursa, bundan həm ər-arvad, həm də övladlar ruhi bəhrə alırlar. Rahatlıq və əminlik, qarşılıqlı dostluq və səmimiyyət, həyata ümid-bu hisslər məhz ailədə vücuda gəlir. Ailə ünsiyyəti şadlıq mənbəyi olduğu kimi, mənfi halda böyük əziyyət mənbəyinə də çevrilə bilir. Uğurlu nikah və səmimi münasibət hansıdır?

Bəziləri deyir:

«Özünə nə qədər münasib yoldaş tapsan, uğurun o qədərdir»

Başqaları:

«Bəxtin nə qədər gətirərsə» və s. Yüzlərlə uğurlu nikahları araşdırıb belə nəticəyə gəldik ki, səmimi münasibətdə o kəslər uğur qazanırlar ki, xüsusi məharətlərdən istifadə edirlər. Qarşı tərəfi dinləmək, məsələyə aydınlıq gətirmək, müzakirə etmək, qəzəbə sağlam reaksiya vermək və s. kimi məharətlər münasibətləri davamlı edir.
Daha ətraflı...
Həyat yoldaşını dinləmək həqiqətən də asan iş deyil, amma özünü eşitməməzliyə vurmaq, yaxud yersiz hazırcavablıq, səhvləri tutmaq, öz sözünü sübut etmək üçün dəlillər cəmləmək və s. münasibətləri xətərə salmaq deməkdir.
Dinləmək bacarığı mehribanlıq yaradıb, onu qoruya bilən bir məharətdir. Yaxşı qulaq asan, yoldaşını daha yaxşı başa düşür, onunla həmahəng olur və bu ünsiyyətdən daha çox zövq alır. Bundan əlavə, siz yoldaşınızın düşüncə məntiqini tutaraq zehnini oxuyur, onun nə üçün belə etdiyini bilirsiz. Məsələlərə yoldaşınızın gözüylə baxırsınız. Sizin dinləməyiniz məhəbbətinizin əlamətinə çevrilir.
Təsirli dinləmək məharəti, sadəcə susub deyilənlərə qulaq asmaq deyildir. Bu, sizin niyyətinizə bağlıdır. Əgər qəsdiniz anlamaq, öyrənmək, ya yardım etməkdirsə, o zaman həqiqi dinləyici olursunuz.
Yoldaşınız mühüm bir məsələni müzakirə edirsə, öz sözlərinizlə qısa olaraq dediklərindən nəyi anladığınızı izah edin. Söylənilənləri xülasə etmək sualı şəffaflaşdırır. Sonra öz nəzərinizi və həll yollarını nədə gördüyünüzü izah edin. Bu arada düşüncələrinizin aramlığına, həssas nöqtələrə diqqət edin. Daxili qərarınızı bildirin və sizin ünsiyyətinizə mane olanları yol üstündən kənar edin. Hər hansı bir qərarınızı müzakirəyə gətirərkən, onun doğruluğunu vurğulayın. Sözlərinizdə yanlış olarsa, islah edin. Bu, yoldaşınızın sizi daha yaxşı anlamasına kömək edər. Yoldaşınızı yeni planlarınızla tanış edin. Sonra danışan sussun, dinləyən isə danışsın. Sonra yenə yerlərinizi dəyişin. Bu, mövzu tam şəffaflıq tapana qədər davam etsə, söhbət tamamiylə aydın şəkil alar.
Yoldaşınızla həmdəm olmaq, onu daha yaxşı dərk etməyə yardım edir. Qarşılıqlı anlaşma şəxsiyyətin izzətini hifz edir, məsələlərin daha münasib həll yolunu tapmağa kömək edir. Təsirli rabitədə hər iki tərəf müqabilinin önündə məsuliyyət daşıyır. Təsirli rabitə yalanın olmadığı, sədaqətin hakim olduğu mühitdə və mövzunun bütöv şəkildə, ətraflı zikr edildiyi halda yaranır, nələrisə deyib, nələrisə gizlətmək halında yox. Bütün bunlardan daha önəmlisi, qarşılıqlı anlaşma bir-birinə qayğı və himayədarlıq olan bir fəzada kamil şəkil alır.
Tənqidi rəftar və uzaq durmaqdansa, yaxın olub anlamaq yolunu seçin.

Qarşılıqlı anlaşmanı asan edən 9 məqam!
1. Danışarkən qəlb qıran, tənqidedici və ağır ibarələrdən istifadə etməyin.
2. Mövzunu ümumiləşdirib şişirtməyin.
3. «Sən etdin» anlamına gələn tənələrdən çəkinin.
4. Keçmiş səhvləri xatırlatmayın.
5. Mənfi müqayisələr etməyin.
6. Təhdid etməyin, qorxutmayın.
7. Öz hisslərinizi izah edin.
8. Anlaşılan və ümumi ibarələrdən istifadə edin.
9. Danışarkən sözləriniz aydın olmalıdır.


Tarix: 22.05.2013 / 22:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 144 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...