Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

epilyasiyanın növləri

Qadınların ən önəmli məqsədi estetik bir görünüşə sahib olmaqdır. Bunun üçün də xoşa gəlməz tüklərdən xilas olmaq onların ən böyük arzularından biridir.
Belə tüklərdən xilas olmaya epilyasiya deyilir.

Epilyasiyanın bir sıra növləri vardır:

Onların müsbət və mənfi cahatləri aşağıdakılardır:

Mexaniki – Bu metod “dədə-baba” üsuludur. Buna baxmayaraq bu metoddan bəzən indi də istifadə olunur.
Müsbət – Belə epilyasiya nəticəsində insan orqanizminə heç bir kimyəvi maddələrlə təsir göstərilmir.
Mənfi – Tüklərin qoparılaraq çıxarılması nəticəsində qoparılmış tükün yerində iltihab baş verir.

Kimyəvi – Kimyəvi metodlara bir sıra maddələr daxildir- kremlər, mazlar və s.
Müsbət: Tez-bazar istənilən nəticəni əldə etmək olur, ev şəraitində də tətbiq etmək mümkündür.
Mənfi: Belə maddələrdən bəziləri dəridə kimyəvi yanıqlara səbəb ola bilər.

Elektroepilyasiya – Elektrik cərəyan ilə tüklərin kökünə təsir göstərilir.
Müsbət: Tükləri uzunmüddətə və ya həmişəlik məhv edir –insanın orqanizmindən asılıdır.
Mənfi: Prosedur ağrılı və uzunmüddətlidir. Bəzən dəridə yüksək qıcıqlanmalara səbəb olur.

Bioepilyasiya – parafinlə(vosk) epilyasiya.
Müsbət: Müvəqqəti olaraq tüklərdən azad olmaq üçün yaxşı üsuldur. Qısa müddət ərzində böyük nahiyələrdən tüklər təmizlənə bilir.
Mənfi: Müvəqqəti effekt. Eyni metodla yenidən tüklərdən azad olmaq üçün tüklərin müəyyən uzunluğadək uzanmasını gözləməlisiniz.

Lazer epilyasiyası – Lazer şüalarıyla tüklərin kökləri məhv edilir.
Müsbət: Prosedur ağrısızdır.
Mənfi: Lazer epilyasiyası tüklərinin rəngi dərisinin rəngindən açıq rəng çalarlarında olan xanımlara uyğun deyil.

Fotoepilyasiya – Pasienti xüsusi apparat vasitəsilə şüalandırırlar.
Müsbət: Prosedur ağrısızdır. Bu metod vasitəsilə rəngindən, nazik və ya cod olmasından asılı olmayaraq bütün tüklərdən azad olmaq mümkündür.
Mənfi: Bu tip epilyasiya nəticısində dəridə müxtəlif allergiyalar, iltihablar və həmçinin dəridə müəyyən hissələrdə rəngsizləşmələr baş verə bilər.


Tarix: 29.12.2012 / 17:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 363 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...