Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tənhalıq qadınlarda xərçəngə səbəb olur

ABŞ-ın Yelsk Universitetinin alimləri tərəfindən aparılan tədqiqatlar göstərib ki, tənhalıq insan orqanizmində xərçəng xəstəliyinin əmələ gəlməsinin səbəblərindən biridir. "BBC"nin məlumatına görə, özünü cəmiyyətdən təcrid etmiş və ya təcrid olunmuş şəxsdə xərçəng xəstəliyinin əmələ gəlmə riski digərləri ilə müqayisədə xeyli yüksəkdir. "Sosial təcrid xərçəngin ağır formasının yaranması ilə sıx bağlıdır. Siçanlar üzərində aparılan eksperimentlər göstərib ki, qrup halında yaşayan gəmiricilərlə müqayisədə tək yaşayan canlılarda öldürücü şişə daha tez-tez rast gəlinir", - deyə müəlliflər bildirirlər. Yoxlamalar tənhalığın bu xəstəliyə düçar olma riskini inanılmaz dərəcədə artırdığını göstərib - 84 dəfə.
Alimlər hesab edirlər ki, tənhalığın insan orqanizminə belə mənfi təsiri ilk növbədə onun stres keçirməsi ilə əlaqədardır. Mütəxəssislər xatırladırlar ki, elm indiyədək depressiyanın insanda xərçənglə mübarizə bacarığını azaltdığını sübuta yetirib.


Tarix: 16.05.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 65 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...