Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl qadınlar kişiləri xəstələndirir

Gözəl qadınla beş dəqiqə yalnız qalan kişilər o qədər stress keçirirlər ki, bu onların ürəklərinə zərər vura bilər.


İspaniya. The Daily Mail" qəzetinin məlumatına görə, bu nəticəyə Valensiya Universitetinin araşdırmaçıları gəliblər. Araşdırma ümumilikdə 84 oğlan üzərində aparılıb. Tələbə oğlanlara bildirilib ki, onların üzərində psixoloji təcrübə aparılacaq. Oğlanların hərəsinə 16,5 dollar verilib və otaqda krosvord həll etmək tapşırılıb. İlk təcrübə zamanı otaqda iki kişi olub. Təcrübədən sonra onların ağız sularından nümunə götürülüb. Sudakı kortizol (orqanizmdə olan stress hormobu red.) maddəsində heç bir dəyişiklik qeydə alınmayıb. İkinci dəfə tələbələr gözəl bir qadınla eyni otaqda tapşırıq həll etməli olublar. Bu dəfə onlarının ağız sularındakı kortizol maddə anormal dərəcədə artıb.


Mütəxəssislərin sözlərinə görə, kortizolun artımı stressə, ürək xəstəliklərinə yoluxma riskinin yüksəlməsinə yol aça bilər. Gözəl qadınlara yaxınlaşıb, tanış olmaq istəyən kişilərin keçirdikləri hisslər, təyyarədən tullanan insanların keçirdiyi qorxu və qayğı hisslərinə bərabər olduğu deyilir.


Tarix: 24.05.2013 / 21:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...