Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Subay Xanımlara Özəl - Evləniləcək kişi seçimi necə olur?

Evləniləcək kişi necə olmalıdır, hansı kişi ilə evlənilməli, hansı kişi ilə evlənilməz?


Heç dostu olmayan bir adamla əsla evlənməyin

Bu, onun ictimailəşmə problemi olduğunun işarəsidir.
Zamanla sizin yoldaşlarınızdan da sıxılaraq sizi onlardan uzaqlaşdırmaq istəyə bilər. Üstəlik lazım olan ən əhəmiyyətli xüsusiyyətlərdən biri, sizin ən yaxın yoldaşınız ola bilməsidir. Bu səbəbdən yoldaşlığı etməyi bilməyən birindən yaxşı bir yoldaş çıxması, olduqca uzaq bir ehtimaldır.

Həm yoldaşlarıyla zaman keçirməyən bir kişi davamlı sizinlə birlikdə olmaq istər. 'Eee nə var bunda, nə gözəl baş-başa olarıq " deyənlər olacaq. Amma əmin olun və bir müddət sonra bu vəziyyət sizi çox bezdirəcək ...


Gülməyən birinə əsla etibar etməyin

İçindən gülmək gəldiyində 'cool' görünmək üçün özünü tutan, qəhqəhə atmağı bacara bilməyən bir kişi, əsla öz kimi ola bilməyən kişidir. Həmişə bir başqası kimi yaşayan birinə nə qədər etibar etmək olar sizcə?
O zaman, belə səmimi gülməyən ,qəhqəhələr atmayan bir kişiyə güvənməyin. Niyə soyuq və donuq olduğunu anlamağa çalışın ...
Əgər, olduğundan fərqli görünməyə çalışan biridirsə uzaqlaşın ...





Gedən qatarın arxasından qaçmayın

Siz stansiyada gözləyən bir yolçu, kişi isə o stansiyadan keçən qatar kimidir. Qatarı qaçırdınızsa əsla arxasından qaçmayın, bu sizə zərər verər. Necəsə o stansiyadan yenə başqa qatarlar keçəcək!
Gedənin arxasından qaçmaq və ya kədərlənmək yerinə həyatın önünüzə yeni fürsətlər çıxarmasına icazə verin. Gedən getmişdir, yaxşı ya gələcək olan ...
Bəlkə də həyatınızın eşqi orada, bir yerdə qarşınıza çıxmağı gözləyir ...


Əlaqəyə hazır deyilsə ciddi qəbul edin

Qarşınıza çıxan kişi ilə xasiyyətiniz uyğunlaşmış, aranızda bir eşq qığılcımı doğulmuş ola bilər. Amma bu mütləq ki uzun müddətlili bir əlaqəyə başlamaq üzrə olduğunuz mənasını verməz.
Sizə, "Bir əlaqəyə hazır deyiləm" deyirsə, bunu bir aşiq nazlanması olaraq düşünüb, necəsə keçər deyə düşünməyin. Hazır deyilsə, qarşınızdakı kişini rahat buraxın, yoxsa sonra kədərlənən siz olarsınız!
Əlaqəyə hazır olmadığını bilən bir kişilə tanışlıq da, evlilik də bir müddət sonra cəzaya çevrilər ...


Özünüzə hörmət edin

Biz qadınların etdiyi ən məşhur səhvdir ...
Qarşımıza bir kişi çıxar. Aşiq oluruq, onu ucaldar, yerə-göyə sığışdırmarıq ... Həyatımızda onu 'hər şey'imiz halına gətirərik. Onun üçün yaşar, onunla keçən zamanlarda xoşbəxt olarıq ... Bu, böyük bir səhvdir ...
Ən başdan diqqət! Özünüzə ondan müstəqil bir həyat sahəsi buraxın. Həyatınızın onun xaricində qalan qisimində, əlinizdə böyük bir "sıfır" qalmasın! Gəzin, oxuyun, yoldaşlarınızla vaxt keçirin, qısacası özünüzü laqeyd yanaşmayın.




Hobbiləri olan kişi seçin

Həyatı yalnız işindən ibarət olan bir kişi, evlilikdə ya da uzun müddətli əlaqədə də çox darıxdırıcıdır. Hobbiləri olan bir kişi isə danışa biləcəyi nə qədər hekayələrlə həyatınıza rəng qatar.
Evlənmək üçün öz-özünə olmağı sevən, hobbilərinə zaman ayıran bir kişini seçin ...


Əkizinizi axtarmayın

Həyatınızı sizinlə eyni xüsusiyyətlərə sahib birini axtarmaqla keçirməyin.
Sizinlə tamamilə eyni zövqlərə və görüşə sahib biriylə həyat düşündüyünüz qədər əyləncəli olmaya bilər. Əhəmiyyətli olan, hər ikinizin sahib olduğu fərqli istiqamətlərin bir-birini tamamlaya bilməsidir. Tanış olduğunuz kişiyə bir az zaman tanıyın, xüsusiyyətlərini tanımağa çalışın. 'Mənə bənzəmir' deyə qərəzli yaxınlaşmayın.
Sizə heç bənzəməyən biriylə birlikdə olmaqdan zövq ala bilər, ondan çox şey öyrənə bilərsiniz ...


Əsla bir kişinin adını döymə vurdurmayın

Bəli, bu anda ən çox onu sevirsiniz ... Amma həyat bu, bilmək olmaz!
Ayrılıq da sevdaya daxildir!
Əsla bir kişinin adını döymə vurdurmayın ...


Çətin kişi tiplərindən uzaq durun

Ən çətin kişi tipləri bunlardır:
Qısqanc kişilər, işinə bağlı kişilər, bağlanmaqdan qorxan kişilər və təbii ki, eşqbaz kişilər ...
Bu 4 çətin kişi tipindən biriylə birlikdəsinizsə iki dəfə düşünün ...


Bəs siz nələrə diqqət edirsiniz subay xanımlar və ya evli xanımlar nələrə diqqət etmişdiniz?


Tarix: 17.05.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 239 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...