beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilmədilər, Evləndilər

Cənubi Afrika Respublikasında yerləşən Tshwane Texniki Universitetində tanış olan və evlənmə hazırlığı edən iki gənc, bacı-qardaş olduqlarını öyrəndiklərində şok keçirdilər.
Beş il tanışlıqdan sonra gənclər, evlənmə qərarı alırlar. Çünki gənc qadın artıq 8 aylıq hamilə idi. Ailələrini tanış etməyə qərar verirlər və həmin gecə ailələr bir araya gəldiyində qorxunc gerçəyi öyrənirlər.
Ana və ata 1983-cü ildə şiddətli bir mübahisə sonrası ayrılmış və bir müddət sonra isə boşanmışlar. Çünki atanın iddiasına görə arvadı onu başqa biri ilə aldadırmış.

8 yaşındakı qızları anada, 2 yaşındakı oğulları isə atada qalır. Ana və ata o gündən sonra heç görüşməyiblər. Nə ana oğlunu, nə də ata qızını görməyib.
İllər sonra bu iki gənc universitetdə qarşılaşıb bir-birlərinə aşiq olmuşlar. Gənc qadın "İlk görüşdə eşq deyilən şey idi bizimkisi" - deyir.
Qorxunc xəbəri aldıqdan sonra sarsılan gənclər məcbur ayrılmağa qərar vermişlər. İndi hadisənin psixoloji təsirini sovuşdurmağı və doğulacaq uşaqlarına bu vəziyyəti necə izah edəcəklərini düşünürlər.

Fikirləriniz...


Tarix: 24.05.2013 / 19:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 77 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri