Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evli bir Xanımın Şirin Həyatı

Bu gün balaca olan hər bir qızcığaz gələcəkdə qurulacaq xoş və firavan bir ailənin xanımıdır, ailə başçısı, ən əsası ana və sadiq həyat yoldaşıdır. Qızlarımız üçün ailə qurmaq çox vacib və məsuliyyətlidir. Ailə həyatı qurarkən hər bir xanım istəyir ki, həyat yoldaşı onu daim ön planda qoysun və hər şeydən üstün saysın. Çünki qadın bütün ömrünü onunla keçirməyə razılıq verib, öz ata evindən köçüb ərin evinə gəlib və tam varlığı ilə ərinə tabe olubdur. Qadın daima həyat yoldaşından ən isti və ülvi sevgini gözləyir. Əlbəttə, arzularla yaşamaq və həyatda onlara nail olmaq hər bir qadının haqqıdır. Ancaq hər şeydən əvvəl qadın özünü sevməlidir və daim ərinə şikayət etməməlidir ki, ona niyə əhəmiyyət vermir. Hər zaman şikayət eşidən kişidə belə bir fikir yaranır ki, o nə etsə də qadının haqqını yenə verə bilmir və yaxud qadın onsuz da ondan razı qalmayacaq. Lakin ağıllı qadın çalışmalıdır ki, həyat yoldaşı ilə keçirdiyi vaxtı ən gözəl, mənalı və şirin keçirsin. Öz qadınlığını, incəliyini, zərifliyini və həssaslığını həyat yoldaşına göstərə bilsin. Çünki həmişə qadınından narazılıq və şikayət görən kişi onsuz da əvvəl-axır bezməlidir və xasiyyəti dəyişməlidir. Ərindən ona nə qədər əhəmiyyət verdiyini, ona niyə belə münasibət göstərməsini, onun həyatında hansı yeri tutduğunu və sairə kimi suallar verməkdənsə, qadın çalışmalıdır ki, həmişə onunla sakit və xoş vaxt keçirsin. Qadınlar fikirləşir ki, hərdən əsəbləşəndə və qışqıranda həyat yoldaşım başa düşməli idi ki, mənim işlərim çox olduğundan bu vəziyyətə düşürəm.bəzən də şikayət edirlər ki, rəfiqələrim və məni tanıyanlar mənə qiymət verirlər, amma yoldaşım məni qiymətləndirmir və fikirləşmir ki, mən ondan da yaxşısına ərə gedə bilərdim. Məni sevsəydi, mənə diqqət yetirsəydi, əzizləsəydi... Xoşbəxt olmaq istəyən qadın başqa qadınların və rəfiqələrənin dediklərinin hamısına inanmalı deyil. Bəlkə bəzi qadınlar onu incitmək üçün belə edirlər. Yaxud da tutalım ki, həmin qadınların dedikləri doğrudur və evdə nə istəsələr ərləri razı olurlar. Amma bilmirlər ki, belə kişilərin çoxusu başqa qadınlara meyl edirlər. Çünki öz qadınlarının yanında sözləri keçmir və başqa qadınların yanında özlərini əsl kişi kimi hiss edirlər. Ağıllı qadın qaynana və qaynata sevgisini qazanmağı bacarmalıdır. Onlarla daim mülayim və zərif davranmalıdır. Uşaqları onları sevməyi öyrətməlidir.


Tarix: 21.05.2013 / 21:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...