beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güzgü göstər görüm makiyajımı

Yapon gözəllik firması makiyaj vasitələrinin seçiminə kömək məqsədiylə üzdəki görüntünün makiyajlı halını göstərən bir elektron güzgü icad etdi. Gözəllik və baxım məhsulları təqdim edən bir Yapon firmasının "sehrli güzgü" aləti bu ay Avropa ölkələrindəki kosmetika mağazalarına göndərəcəyi alət olaraq xanımların satın almaq istədiyi makiyaj vasitələrinin üzdə necə dayandığına dair lazımi məlumatları güzgüdən almış olacaqlar. Bir çox qadının kosmetika mağazalarından aldığı məhsulları evdə sınayarkən xəyal qırıqlığına uğramasının qarşısını almağa məqsəd qoyan bu alət yüzlərlə fərqli rəng və tondakı makiyaj vasitəsinin bir neçə dəqiqə içində sınanmasını təmin edir. Texnologiya möcüzəsi alət əvvəlcə üzərindəki kamera sayəsində qarşısına oturan adamın göz, çənə, dodaq profilini qeyd edərək üz xəritəsini çıxarır. Dijital qələm ilə makiyaj mütəxəssisləri toxunma ekranın alt və yan qisimlərində olan rəng və tonlara bağlı arzu edilən məlumatları girir. Bu sayədə ortaya çıxan makiyajlı üz yansıması güzgüyə əks olunur.Qadın beləcə məhsulu istifadə etdiyində ortaya çıxacaq nəticəni görərək məhsulu satın almaqla əlaqədar daha güclü bir qənaətə gələ bilir. Alət ayrıca fərqli əməliyyatları yaddaşında tutaraq insana hansı makiyajın özünə daha çox yaraşdığına dair müqayisə etmə imkanı da yaradır.


Tarix: 11.05.2013 / 13:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 75 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri