beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dul qadın və tibb bacılarına diqqət edin

1870-ci ildə Latın Amerikasında Peru, Kolumbiya və Çilini müharibəyə sürükləyən səbəb zəngin nitrat mənbəyi olan quş nəcisi idi.

1908-ci ildə Alman kimyaçı Pop, Filberti öldürən Andreas Schilxertin yalan dediyini ayaqqıbısındakı qurumuş ördək nəcisi sayəsində sübut etmişdi. Andreas cinayət baş verən gün tarlada çalışdığını və qadının öldürüldüyü fabrikin yaxınından belə keçmədiyini təkidlə deyirdi. Ayaqqabısındakı ördək nəcisini palçıq örtürdü ki, bu palçıq fabrikin həyətindəki palçıqla eynilik təşkil edirdi.

22 yaşlı ingilis əlinə keçən nə vardısa pəncərədən atmış, aşağıdan keçən yaşlı adamı ağır yaralamışdı. 19 yaşlı İslandiyalı pəncərədən özünü atmış, bəxtindən yalnız ayaqlarını qırmaqla xilas olmuşdu. Amma yalnız 17 yaşı olan Fransız qız Gel Garov yerüstü keçidi keçəndə ayağının altından keçən işıq selinə doğru özünü atmış və ölmüşdü.

Onları bu hala gətirən kiçik şapkalı, qəhvərəngli 100-ə yaxın növü olan bir göbələk idi. İçindəki psilosibin və psilosin maddəsi meskalin maddəsi kimi məkan və zaman anlayışlarında dəyişikliklərə, rənglərin səs, səslərin də rəng kimi qavranılmasına, istəməyərək edilən hərəkət, düşüncə və davranışlara yol açar.

Sehirli göbələk sürətlə istehlak edilməyə başlandı. Çünki gənclər təbbi vasitələrin daha xeyirli olduğuna inanırlar. Avropanın bir çox ölkəsində psilosibinli göbələkləri istifadə edən 15-16 yaşlı yeniyetmələrin sayı vitamin istifadə edənlərə bərabərdir. Fransa və Belçikada isə daha çoxdur. Bir çox ölkə göbələk ticarətini əngəlləyincə internetdə eyni təsirə malik olan, məsələn tərkibində muskimol olan və çox təhlükəli milçək göbələyini satanlar peyda oldu.

Canlıların nəyi isə yeyərək və ya yalayaraq fərqli şüur fəaliyyətinə sahib olması mümkündür. Məsələn, itlər müəyyən növ qurbağanı yalayarlar. Beləcə, qavramada şüursuzca müxtəlif təsirə məruz qala bilərlər. Bəzən bunu edən insanlar da olar. XX əsrin 60-cı illərində dağ təpələrində qara qurbağa axtaran, qurbağa dərisini tütünlə büküb çəkənlərə rast gəlinirdi. Nə qədər qəribə görünsə də adətlər müxtəlifdir. Məsələn, Kanzaslı David Tase kimi sərnişin avtobusunda, oturacaq üzərində qabda yalamaq üçün saxladığı halüsionoji qurbağa ucbatından həbs olunanlara hələ də rast gəlinir.

2009-cu ilin payızında Moskvadakı küçələrdən birində hücuma məruz qalan və belinə batmış bıçaqla 40 dəqiqə gəzə bilib evə çatan Julia Popova istisna olsa da, bir çoxları o anda yaşadığı stress və şoka görə ağrı hiss etməz.

Statistikaya görə əlini qana bulaşdıran qadınların sayı kişilərin 1/10-i qədərdir. Məlum olan killerlərin də 1/10-i qadındır. Dul və tibb bacılarının üstün olduğu qadın killerlər adətən tək başına hərəkət edərlər. Öldürməyə gec yaşlarda başlayarlar və daha əvvəl etdikləri heç bir cinayət olmadığına görə kişilərə nisbətən gec yaxalanarlar. Cinayət silahı kimi dərman və zəhər istifadə edərlər. Pul və vəzifə üçün öldürərlər və bu işi ən az 10 il davam etdirə bilərlər.

Qadın və kişi bərabərdir deyirsiniz. Yoxsa qadınlar əllərini qana bulaşdırmayıb bu işlər üçün kişiləri istifadə edirlər? Yoxsa qadınlar çox ağıllıdırlar, öldürdükləri ortaya çıxmaz? Qüsursuz cinayət yoxdur


Tarix: 19.05.2013 / 14:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri