beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diqqətçəkən qadınların özəllikləri [maraqlı]

Cazibədar olmaq üçün mütləq maneken bədəninə sahib olmaq lazım deyil. Bir neçə detal ilə kişiləri təsirləndirən qadın olmaq mümkündür. Həmin detallara nəzər salaq:

Ətir
Cazibədar qadın olmaq üçün əvvəlcə yaxşı qoxuya sahib olmaq lazımdır. Başgicəlləndirən ətirlər, gözəl qoxulu kremlər ilə təsir etmək istədiyiniz kişinin duyğu orqanını təsirləndirə bilərsiniz. Lakin istifadə edəcəyiniz ətirin çox ağır olmamasına və bir az da sizin xarakterinizi açmağına cəhd göstərin. İdman üslublu geyimdə ağır ətir istifadə etməkdənsə, daha rahat ətir istifadə etmək həm bütünlüyünüzü qoruyar, həm də daha təsiredici olar.

Dodaqlar
Dodaqlarınız gözəlliyinizi ortaya çıxara bilən əsas faktordur. Dodaq formanıza uyğun seçdiyiniz pomada ilə dodaqlarınızı nümayiş etdirin. Açıq rəngli pomadalar dodağı daha dolğun göstərər. Lakin dodaqlarınızı diqqət mərkəzində saxlamaq istəsəniz, ümumi makiyajınıza uyğun daha tünd tonlu boya seçin və dodaq qələmi ilə kənarlara daha da cazibəli forma verin.

Dırnaqlar
Əlləriniz də olduqca əhəmiyyətlidir. Yemək yeyəcəksinizsə, stolüstü oyunlar oynayacaqsınızsa mütləq əl və dırnaq gözəlliyinə diqqət yetirməlisiniz. Manikür edilmiş, gözəl dırnaqlar kişilərə olduqca cazibədar görünür. Dırnağın, uzun ya da qısalığından çox, gözəl formada və laklı olması əhəmiyyətlidir.

Gözlər
Gözlərinizə baxacaq partnyorunuza cazibəli görünmək üçün, xəfif göz makiyajından istifadə edin. Gözlərinizin nəzərə çarpmasından çəkinməyin. Lakin ya dodağınızı, ya da gözlərinizi daha çox nəzərə çarpan formada makiyaj edin.

Saçlar
Saçlarınızın nə qədər baxımlı olmasını özünüz üçün aydınlaşdırın, sonra buna uyğun bir saç stili seçin. Gözəl, gur və dolğun saçlarınız varsa yığmayın, imkan verin dalğalansınlar


Tarix: 19.05.2013 / 14:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 162 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri