beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fərqli anlar yaşadacaq 8 qayda

Fərqli anlar yaşadacaq 8 qayda.

Partnyorun evdə oturub futbol izləyir. Bütün bunlar sənə cansıxıcı gəlir və istirahətini yarımçıq qoyub işə qayıtmaq istəyirsən. Əsla! Darıxdırıcı qış tətilini romantik və unudulmaz keçirməyinə kömək edək. Qırmızı şərab və iki badə… Əmin olun ki, gecəni tamamilə dəyişəcək.

1. Kişilər tərif eşitməyi sevirlər. Əgər bu tərif hələ bir yataqda deyilirsə… o, məhz sizinlə olacağı seks haqqında çox düşünəcək. «Sən belə edəndə, xoşuma gəlir» kəlməsinin yanında onun etdiklərinə coşqun reaksiyanızı da bildirin. Sizin cəsarətləndirici sözləriniz kişi üçün ən yaxşı mükafatdır (müqayisə üçün deyək ki, onlar özlərini yataqda ən azı sənin özünü gün işığında güzgünün önündə hiss etdiyin qədər qətiyyətsiz hiss edirlər).

2. Qızlar kişiləri cəlb etmək üçün baxışlardan virtuozcasına istifadə edirlər. Amma elə ki kişi seksual partnyora çevrilir, baxışlar yaddan çıxır. Əslində, baxışla deyilə biləcək o qədər sözlər var ki… xüsusilə də yataqda. Bu silahınızdan istifadə edin. Necə? Seks zamanı onun gözlərinin içinə baxın. Həm üsullarınızın təsirindən əmin olun, həm də qoy o başa düşsün ki, siz hər şeyi kontrol edir və heç nədən utanmırsınız. Bir dərin baxış onu daha ehtiraslı edəcək.

3. Heç sevmədiyiniz insanlarla darıxdırıcı şam yeməyindəsiniz. Amma bilirsiniz ki, bunu ona açıq şəkildə söyləyib, «yox, hələ bir az oturmalıyıq» cavabını eşidəcəksiniz. Bunun yerinə isə siz onun üçün çox darıxdığınızı və onu arzuladığınızı qulağına sakitcə söyləyin. Onunla tək olmağı arzuladığınızı bildirməyə çəkinməyin. Seksi gözləmək erotik fantaziyanı gücləndirir. Məhz bu yerdə soyuna bilməcəyiniz fikri fantaziyanı işləməyə məcbur edir və o, indi ordan uzaqlaşmağı və sizinlə birgə evdə olmağı çox istəyəcək.

4. Müəyyən vaxtdan sonra istənilən cütlüyün gecələri tez-tez oynanılan pyesə bənzəməyə başlayır. Artıq erogen zonalar öyrənilib, müxtəlif pozalar təkmilləşib, bəziləri isə ümumiyyətlə öyrənilmir, çünki nə ona, nə də sənə yaramır və s. Hərdən sənə elə gəlir ki, ikiniz də tez yatmaq istəyirsiniz. Pyesi canlandırmaq üçün məkanı dəyişmək kifayətdir. Kim deyib ki, bunu yalnız yataqda edirlər? Nəyə əsasən bu, şam yeməyindən sonra masada olmasın, ya da kresloda? Ya da bəlkə dəhlizdə? Siz evinizdə hələ həzz almadığınız o qədər yer tapacaqsınız ki…

5. Düşünməyin ki, hər cinsi əlaqəni prelüdiya ilə başlayıb orqazmla bitirməlisiniz. Fasilə edib bir

və hətta səkkiz saatdan sonra davam edə bilərsiniz. Demək belə, siz sekslə məşğulsunuz və hiss edirsiniz ki, sona az qalıb. Qətiyyətlə, amma yumşaqcasına partnyordan aralan hərəkətlərinə maksimum incəlik qat. Sonra qalx və guya seksin davamı olmayacaqmış kimi ona su gətir. Başqa texnikadan da istifadə edə bilərsən: onun ən həssas erogen zonasını masaj et. Antrakt saatlarla davam edə bilər. Bu, ikinizi də tonusda saxlayacaq, ikinci aktda sizi daha coşqun ehtiras gözləyir.

6. Əlbəttə ki, qadının kişiyə maksimal həzz yaşatmaq hissi təqdirəlayiqdir. Qadın kişinin hər bir arzusunu həyata keçirərkən (erotik alt paltarı, akrobatik pozalar və s.) partnyorunun öz məqsədinə çatmaq üçün vasitəsinə çevrilməməlidir. Bu zaman qadın prosesin tam hüquqlu iştirakçısı olmur. Öz orqazmın haqqında düşün və hətta onu avans olaraq tələb et. Seks zamanı çalış düşünmə qabiliyyətinizdən az istifadə edəsən. «Onun xoşuna gəlirmi?» kimi fikirlər əsl ehtirasın coşmasına maneçilik törədir. Onu necə qane etməyi düşünmək əvəzinə, təklif edin sevgi gecənizin rejissoru o olsun. «Əvvəl sən, sonra mən» prinsipinə əsaslanmış ssenarini siz təklif edin.

7. Danılmaz faktdır, xoşbəxt münasibətlər sadiqlik əsasında qurulur. Amma əgər sən öz fantaziyalarında da partnyoruna sadiqsənsə, çox şey itirirsən. Qadağa olunmuş şeylər daha çox ehtiraslandırır. Erotik fantaziyanda boyfrendinin dostuna, xoşuna gələn ulduza və ya iş yoldaşına yer ayır. Xəyallardakı səhnələr seksual istəyi aktivləşdirir. Xəyalən özünü başqa məkanda, başqa zamanda və başqa kişinin qucağında hiss et. Əlbəttə, səhər saat 8-də sevgilinin pijamasını soyundurarkən o çaşıb qalacaq. Ona heç nə demə, niyə xətrinə dəyəsən? Hər halda sən virtual xəyanətdən zövq alarkən realda bu zövqü onunla bölüşmüş olursan.

8. Hesab olunur ki, hər gün sekslə məşğul olan cütlüklər xoş-bəxtdirlər, yerdə qalanlar isə seksoloqun qəbuluna yazılmalıdırlar. Amma sekslə yalnız özünə hər şeyin yaxşı olduğunu sübut etmək üçün məşğul olanlar, finiş haqqında düşünən idmançıya bənzəyirlər. Seksual həyatda fasilələr təbiidir və hətta vacibdir.

İstəkləri üst-üstə düşən cütlük tapmaq çətindir. Həmişə belə olur; biri sekslə məşğul olmaq istəyir, o biri yatmaq. Çox yorğun olsanız da partnyora heç vaxt «yox» deməyin. Alternativ tapın; erotik masaj, pettinq və sabah ikiniz də yeni ideyalarla dolu mükəmməl seks istəyəcəksiniz.


Tarix: 13.05.2013 / 19:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 866 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri