beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən dözülməz qadın tipləri haqqında

Psixoloji və ənənəvi şəkildə qadınlar haqqında rahat şəkildə tamamlana bilən fikirlər var. Sarışınlar… cəlbedicidir, Əsmərlər… ağıllıdır, İştahlılar… ehtiraslıdır, Zövqlülər… israfçıldır”, Təhsilsizlər… çoxdanışandır” və s. Amma qadınlar qruplara ayrılaraq, təsnifləndirilərək təsvir olunmayan canlılardır. Bununla belə, kişilər üçün məlum olan fikirlər də var. Məsələn, sonu “dözülməzdir” ilə bitən cümlənin başındakı qadının tipini müəyyənləşdirmək fikrinə düşsəniz, bütün müsahiblərinizdən eyni cavabı alacaqsınız. “Cosmopolitan” dözülməz qadın tiplərini təqdim edir. Mən nə elədiyimi bilirəm, tipi – hər zaman hər mübahisədə o haqlıdır, onun fikirləri daha məntiqli və uyğundur. Qarşı tərəfi dinləməyin onun üçün mənası yoxdur. Hər sözü “MƏN” ilə başlayır. Bu eqo dağarcığına dözmək mümkün deyil. Çənəsi saz tipi – kişilər qadınların çox danışmağına bələddir deyib keçməyin. Çünki hər kişi durmadan danışan qadına əsla dözə bilmir. Nə romantikdir tipi – kişilər hər şeyi həddində sevirlər. Elə romantikanı da. Həddindən artıq romantik qadınlar, hər şeydə bir Romeo-Culyettalıq axtaranlar qadınlar onlar üçün mənasızdır. Dəvə iştahlı tipi – iştahlı qadınlar ehtiraslı hesab olunur. Amma yemək məsələsinin suyunu çıxardıb, gördüyü hər şeydən yemək istəyən qadınlar sıxıcıdır. Xüsusilə kişilər bu qadınların gələcəyindən qorxduqları üçün uzaq dururlar. Özündənrazılar – onlarla iki kəlmə danışmaq belə kişi üçün cəhənnəm əzabıdır. Bu təhlükəli qadınlar qarşı tərəfi hər dəqiqə susdurmaqla birgə zarafatlara gülmür və kişinin mənasızlığını üzünə vurursa, heç yaxınlıq etməyə dəyməz. Tökülənlər – baxımsızlıq neqativ mənada dözülməzlikdir. Dırnaqlar, üz baxımsız, saçlar yuyulmayıb, artıq çəkilər göz çıxarır və paltarınız uyğunsuzdursa, nəinki hansısa kişinin, ümumiyyətlə heç, kimin gözünə görünməyin.


Tarix: 11.05.2013 / 12:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 144 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri