beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Özünə inamı az olan kişilər qadınları işləməyə qoymur..

Qadınların işləməsinə münasibət heç vaxt birmənalı olmayıb. Bir çox ailələrdə hələ də zərif cinsin nümayəndəsinin çalışmasına pis baxırlar. Əksər kişilər bunu belə izah edir ki, onun xanımına kimsə əmr edə, onu buyura, danlaya, irad tuta bilməz. Mütəxəssislər bunu daha çox psixoloji problemlərlə və mental düşüncə tərzi ilə əlaqələndirirlər. Araşdırmalara görə, kişilərin 50-60 faizi xanımlarının işləməsinə razı deyillər.

Psixoloqlar bunu bir çox səbəblərlə izah edirlər. Kişilərdəki qısqanclıq, qürur, eqoizm kimi hisslər onların xanımlarının işləməsini qəbul etməməsinə səbəb olur. Qorxu hissi də bu faktorlar arasında xüsusi yer alır. Xanımın daha çox pul qazanması, daha yaxşı yerdə işləməsi nəticəsində get-gedə həyat yoldaşına qarşı münasibətinin dəyişməsindən qorxan kişilər onların cəmiyyətdə irəliləməsinə qarşı çıxır. Bəzi kişilərin köhnə fikirli olması, yəni qadının yalnız evdə oturmalı, ev işləri görməli, uşağlarına və həyat yoldaşına qulluq etməli olduğunu iddia edənlər də az deyil.

Psixoloqların fikrincə, əsasən özünə inanmayan kişilər xanımlarının potensialının inkişafının qarşısını alırlar. Onlar özləri necədirsə bütün insanları da ele görürlər. Saf niyyətli, təmiz düşüncəli insanlar ətrafdakıları da özləri kimi bililər və bu tip kişilər xanımlarının işləməsinə, inkişaf etməsinə normal baxır və hətta yardım belə edirlər. Əksinə qadın nə qədər çərçivəyə salınarsa, məcburi evdə oturmağa məhkum olunursa, bir o qədər aqressivləşir, ailəsinə qarşı soyuyur. Çalışan qadınlar isə işlərindən aldıqları stimulu ailələrinə, övladlarına yönəldərək onların da düzgün formalaşmasına kömək edirlər.

Hüquq da bu məsələdə qadınların tərəfindədir. Belə ki, Azərbaycan qanunvericiliyinə əsasən qadınlar əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Bu yolda ona mane olmaq isə kişilər üçün acı sonluqla bitə bilər. Belə ki, kişilər məişət zorakılığında ittiham oluna bilərlər. Ona görə də hüquqşünaslar belə problemlərin ailədaxili anlaşma yolu ilə həllinin tərəfdarıdılar.


Tarix: 17.05.2013 / 19:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri