beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güclü qadınlar

Güclü qadınlar vardır, hər işlərini özləri həll etməyə çalışan. Ana ataları tərəfindən belə yetişdirilən ..

Onlar öz pullarını özləri qazanmaq istəyərlər. Evdəki bütün təmir işlərinə, özləri baxarlar.Bir kişiyə məcbur qalmadan həyatlarını davam etdirə bilərlər. Vergilərini özləri yatırdarlar. Az qala bütün işlərini özləri edərlər. Hətta etraflarının yükünü də öz üzərinə götürürlər. Azadlığı sevərlər, dik dayanmağı da, güclüdürlər çünki!

Aşiq olduqlarında hiss edərək yaşayarlar!

Eşqlərinə qaydalar qoymadıqları kimi böyük, təmənnaya da girməzlər. Sevdiklərinə problem çıxarmazlar.
Bütün gün çalışıb dayandıqdan sonra, axşam yorğun da olsalar sevgililəri görüşək dediyində, dərhal hazırlanıb sevgililərinin onları evdən almalarına gərək qalmadan, o hardadırsa ora gedərlər.

Çox vaxt sevgililərinin ya da ərlərinin xəbəri belə olmaz yaşadıqları çətinlikdən, bildirməzlər çünki. Pul varmı, iş yerində çətinlik oldu, birinə canı sıxıldı, heç bunlarla yormazlar birlikdə olduğu kişisini. Çünki istəməzlər kimsə onlara ağrısın!

Sonra da bir baxarlar ki, bu qədər dik qalmağın və problem çıxarmamaq qarşılığında, həqiqətən də kimsə onlara acımaz.
Bu vəziyyət zamanla böyüyər, və acınmama və problem çıxarmamaq halı həyat tərzinə çevrilir.
Buna dözə bilməyib paylaşmağa qalxsalar, bu səfər də problemli qadın, kaprizli qadın, dözüm edilə bilməz qadın damğasını yeyirlər..

Buna görə də tərk edildiklərində belə heç səslərini çıxarmaz bu güclü qadınlar! Tərk edən kişi də bilər onun nə qədər güclü olduğunu və onsuz da yaşaya bilər deyib .. '' Içindəki fırtınalardan bi Xəbər''

Sonra bir dostdan, yoldaşdan ya da tanışdan duyarlar ki onu tərk edən adam getmiş kişiyə möhtac yaşamaq məcburiyyətində olan biriylə birlikdə olmağa başlamış.
Kişilər çox sevərlər belə qadınları. Birinin onlara möhtac olduğunu görmək çox duyğusunu oxşayar kişinin.
Onlara özünü kişi kimi hiss etdirər Bu zəif qadınlar .
Zəif qadınlar heç çökməzlər, üzülməzlər.. Ancaq işin maraqlı yanı hər zaman daha qiymətli olanlar da onlardır. Və geridə qalan güclü qadınlar içlərində qopan fırtınalarla, bütün bunların necə olduğunu yalnız uzağdan seyr edirlər.....


Tarix: 17.05.2013 / 19:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 127 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri