Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çirkin olmanın faydalı tərəfləri

Böyük burnun faydaları
Böyük burunlar bədənin infeksiya qapmasına səbəb olan toz parçacıqlarını və bakteriyaları tənəffüs etməmizi maneə törədir. Araşdırmacılar böyük burunların toz parçacıqlarını və bakteriyaları içinə 7 faiz daha az çəkdiyini göstərir. Böyük burunlar eyni zamanda soyuqdəymənin təsirlərini də azaldır.

Böyük qulaqların faydaları
Böyük qulaqlar yaşlanmaqla birlikdə yaranan eşitmə itkisini önləyə bilər.
Dr. Ralph Home “Qulağımızın xarici qisimi, səsləri müəyyən bir yerə toplama mövzusunda əhəmiyyətli rol oynayır. İnsanların daha yaxşı eşitmək üçün əllərini qulağının arxasına qoyduğunu görərsiniz. Qulaq daha böyük olduğunda qulaq kanalınıza daha çox səs axışı olduğu doğrudur” deyə açıqlayır.

Böyük ombaların faydaları
Araşdırmalara görə böyük omba pis xolesterolu ortadan qaldırıb, damar sərtləşmələrinə qarşı qoruyucu olan yaxşı xolesterolu yüksəldir. Oxford Universitetinin işlərinə görə böyük omba diyabet riskini də ortadan qaldırır.
Ombadakı yağlar ayrıca tampon vəzifəsini də edib yağ turşularını təmizləyir.
Dr. Konstantinos Manolopoulos:
“Yağın harada toplandığı əhəmiyyətlidir. Ombadakı və qıçlardakı yağlayar yaxşıdır amma qarın ətrafındakılar pisdir” deyir.

Bəstəboy qıçların faydaları
Chicago Universiteti ilə New Yorkdakı Beynəlxalq Uzun Ömür İşləri Mərkəzinin araşdırmaları qısa qıçların daha qalın sümüklü olduğunu, bunun sağlam yaşlılıq üçün əhəmiyyətli olduğunu göstərir.
Aberdeen Universitetindən ostropoz mütəxəssisi Prof. David Reid, “İnsanlardakı osteoporoz və ya irəli yaşlardakı sümük qırılmaları sümük sayıyla əlaqədardır. Bəzi qırılma növləri üçün, daha böyük sümüklərə sahib olmaq üstünlükdür” deyir.

Kiçik məmələrin faydaları
Böyük məmələr kürəkdəki qıvrımları dəyişdirərək ağrıya səbəb ola bilir. Digər tərəfdən kiçik məmələr daha həssasdır. Viyana Universitetində edilən araşdırmaya görə böyük məmələr, kiçik məmələrdən 24 faiz daha az həssasdır. Məmə ucundan həssaslığı çatdıran sinirlər kiçik məmələrdə daha gərgin olur.

Qalın barmaqların faydaları
Gözəl görünməsələr də bir Hobbitin barmaqlarına sahibsinizsə özünüzü şanslı saymalısınız. Elm adamlarına görə qısa barmaqlar insanların daha yaxşı qaçmaqlarına kömək edir. Uzun barmaqlarsa funksiya görmək üçün daha çox enerji tələb edir.


Tarix: 12.05.2013 / 18:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 155 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...