Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşadığınız sevginizə ad qoymaq istəyirsiz??? O zaman bu 3 sualı soruşun ondan

Xoşunuz gələn insanla bir müddətdir görüşürsünüz və artıq bu münasibtlərin adını qoymaqla bağlı bir qərar verməlisiniz.



Əgər bunun üçün onun etibarlı bir insan olub olmadığını öyrənmək istəyirsinizsə, ciddi münasibətlərə başalamadan öncə bunları bilməlisiniz.


Hər birimizin həyat təcrübəsi və ümumiyyətlə, həyatı bir-birindən çox fərqli olsa da, əslində bütün münasibətlər eyni mərhələlərdən keçirlər. Məsələn, müəyyən bir nöqtədə artıq münasibətlərinizin ciddiləşib-ciddiləşməyəcəyinə qərar verməli olursunuz. Bu qərarı mümkün qədər tez verməlisiniz ki, qarşıda xəyallarınız puç olmasın.

All the Good Ones Arent Taken (Hələ də Bütün Yaxşılar Seçilməyib) adlı kitabın müəllifi olan Debbie Magids bu məsələ ilə bağlı bunları deyir: "Hər şey sualı necə qoymağınıza və onun cavablarından nə gözlədiyinizə bağlıdır." Siz də tövsiyələrimizə qulaq asın və gələcəyi olmayan bir münasibətə başlamayın. Həmin suallarsa aşağıdakılardır:



1. Peşəsi ilə bağlı nə düşünür?

Bir kişinin karyerasına qarşı münasibəti, həyatının irəlidə necə olacağının göstəricisidir. Karyerasına bağlı bir kişi həyatını doğru şəkildə planlayar və yaşayar. Ondan "Öz işini sevirsənmi?" soruşmaqla bu məsələ ilə bağlı fikirlərini öyrənə bilərsiniz. Amma bu heç də o demək deyil ki, siz işdən başqa heç nəyi düşünməyən bir adamla ailə həyatı qurmalısınız.

Əgər işini sevir, amma ən romantik anlarda belə işindən danışırsa, ona ürək rahatlığı ilə "Əlvida!" deyə bilərsiniz. Ya da siz bir meqapolisdə yaşamaq istərkən, o, ekoloji təmiz ortamda, fermada yaşamaq istəyirsə, yenə də diqqtli olmağınızı tövsiyə edərdik.


2. Son münasibəti necə olub?

Qəribə bir mövzu olmasına rəğmən, bir kişinin sizdən öncəki münasibəti haqqında öyrənəciyiniz şeylər işinizə yarıya bilər. Yaşadıqlarını açıq şəkildə sorğuya çəkmək yerinə "Çox xarizmatik bir insansan. Hansı ağılsız qız sənin kimi gözəl insandan ayrılıb, anlaya bilmirəm" kimi zarafatcıl suallar yönəltməklə sizinlə açıq danışa bilməsinə şərait yarada bilərsiniz. Ağıllı, yetişmiş bir insan öncəki sevgilisinin bir neçə yaxşı xüsusiyyətlərindən bəhs edər və sonra qısaca münasibətinin niyə bitdiyindən bəhs edər. Əgər hirslənib keçmiş sevgilisi haqqında ağzına gələni danışmağa başlayırsa, deməli qarşınızdakı insan səbirsiz, anlayışsız və aqressiv biridir.


3. Borclarına sadiqdirmi?

Əvvəla, borc almaq heç də həmişə pis şey deyil. İnsanlar hər hansı bizneslə əlaqədar borc alıb, sonra da borclarını rahatlıqla ödəyə bilərlər. Diqqət etməli olduğunuz nöqtə nədən dolayı borca girdiyini bilmənizdir. Məsələn, bir kişi borcları varkən, ehtiyacı olmadığı halda böyük bir plazma ekranlı televizor və ya son model motosikl almağı planlaşdırırsa, ondan uzaq durmağınızı məsləhət görərdik.

Debbie Magids, "Bir kişinin puldan istifadəsi onun xarakterinin aynasıdır" deyir. Sevgilinizin bu barədə fikirlərini öyrənmək istəyirsinizsə, söhbətə mövcud iqtisadi durumdan başlaya bilərsiniz. Daha sonra öz borclarınızı necə ödədiyiniz barədə şərhlər verərək, onun da özü haqqında danışmasına şərait yarada bilərsiniz. Amma yanlış qərarlar veribsə, lakin sözündə durub borclarını ödəməyə çalışırsa ona daha bir şans verə biləcəyinizi sizə xatırlatmaq istərdik.


Tarix: 17.05.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...