beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Və sonunda kişidən qurtulmağın yolları

1. Müqayisə et. Partnyorunuzu mütəmadi olaraq əvvəlki sevgilinizlə və ya başqa kişi dostlarınızla müqayisə edin. Bu zaman ona çatışmayan cəhətlərini göstərərək yeni, ona xas olmayan davranış xətti təlqin edin.

2. Onun dostları və ailəsi ilə yola getmə, yaxınlarında mənfi emosiya yaratmağa çalış. Tərəddüd etmədən münaqişə yarat, öz nəzər nöqtəni yerit və partnyorunun maddi durumu ilə maraqlan. Qoy onların yaddaşında onlara əziz olan oğlanı bədbəxt edəcək ağılsız, tamahkar qadın kimi qalasan. Partnyorun bilməlidir ki, sən onun qohumlarını və dostlarını heç sevmirsən və onu yaxınları ilə görüşməyi qadağan edin.






Hər bir qaydanın istisnası olur. Xanımların çoxu partnyor tapmaq və saxlamaq üçün məsləhətlər axtarsalar da, elə hallar olur ki, qızlar dözülməz münasibətlərə son qoymaq istəyirlər. Ən asan

çıxış yolu — qarşılıqlı anlaşma üçün nəzərdə tutulan məsləhətləri tərsinə yerinə yetirməkdir.

Deyə bilərsən ki, ayrılmaq üçün ən yaxşı çıxış yolu, sadəcə qərarı bildirməkdir. Amma bu sadə

addımı atmaqdan ötrü cəsarət toplamaq elə də asan olmur. Bəzi xanımlar ayrılma xəbərini

eşidən partnyorlarının reaksiyasından qorxurlar.



3. Onu daim məşğul et, bütün vaxtını əlindən al ki, sevimli hobbisi ilə məşğul ola və təklikdə qala bilməsin. Yalnız onun heç xoşuna gəlməyən filmlərə baxın. «Desertə» isə onu bir neçə saat səninlə birlikdə mağazaları gəzməsinə vadar et.

4. Sonsuz şikayətlər və deyinmələr. Bacardığın qədər onunla mübahisə et və bütün uğursuzluğunda onu ittiham et. Heç nədən yaranan qalmaqallara hətta ən böyük aşiq belə tab gətirməz.

6. Ona istirahət vermə. Yorğun işdən sonra o, istirahət etməyi arzulayır. Qoy evdə onu boş soyuducu, səliqəsiz otaq və narazı xanım gözləsin.

7. Patoloji qısqanclıq. «Otello yubkada» obrazına gir: patoloji qısqanc xanım — bu sınaq əsəbləri zəif olan kişi üçün deyil. Onun telefon zənglərini yoxla, sms-lərini oxu, ciblərinə gir, gündə bir neçə dəfə ona zəng edərək harada, kiminlə olduğu barədə sorğu-sual et.

8. Darıxdırıcı ol. Ona gününün ən xırda və önəmsiz detalları barədə danış, məsələn, rəfiqənin endirimlər zamanı aldığı donu təsvir et. Qoy nənənin ad gününün necə keçməsi barədə ətraflı məlumatı olsun. Onu eyni addımı atmadığına görə ittiham et.

9.Təmizliyə və nizam-intizama həddindən artıq sevgi. Bu, kişiləri həmişə qorxudur, əgər partnyorunuz xırdaçı deyilsə. Ona qoyduğun nizam-intizama tam riayət etməsini tələb et, bir neçə gündən sonra onu yanında görməyəcəksən.

10. Bürclərə inam. Yalnız bürclərin dediyini yerinə yetir. Ona tez-tez falçının dediklərini söylə. Onun ayrılmaqdan başqa şansı qalmayacaq.

11.«Sən məni sevirsən?» sualını gündə 100 dəfə ver və o, sevgisində şübhələnməyə başlayacaq. Ona inanmadığını nümayş etdir, hər şeyi xırdalığına qədər soruş: Nə zaman? Niyə?


Tarix: 17.05.2013 / 19:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 176 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri