Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlara dikdaban ayaqqabı xəbərdarlığı

İstanbul Univesitetinin professoru Tahir Örgüt ayaqların sağlamlığını qorumaq üçün qadınların 4 santimetrdən uzun dikdaban ayaqqabı geyməmək barədə xəbərdarlıq edib.

Ən çox yayılan ayaq xəstəlikləri arasında baş barmağın deformasiyası ən birinci problemdir.

Qadınların kişilərə nisbətən ayaq sağlamlığında daha həssas olduğunu deyən professor qadınlara xəbərdarlıq edib: “Özünə baxan, diqqət edən insan ayaq sağlamlığına da həssas yanaşmalıdır. Ayağın ağrıması kimi problemlərin baş verməsində ən birinci səbəb dikdaban ayaqqabılardır. Buna görə də dikdaban ayaqqabıların hündürlüyü 4 santimetri keçməməlidir. Hündürdaban ayaqqabılar onurğa sütununa da mənfi təsir göstərir, o cümlədən baş barmağın deformasiyasına səbəb olur. Qadın üçün ən ideal ayaqqabı əslində geyindiyi zaman özünü rahat hiss etdiyi ayaqqabılardır”.


Tarix: 17.05.2013 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 52 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...