beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdeal münasibətin nişanələri...

Biri üçün ürəyiniz getsə belə, onun sizin üçün doğru olub olmadığını bilməyə bilərsiniz...

Başqa heç kimə söyləmədiklərinizi onunla paylaşırsınız.

Həyatınızla əlaqədar səmimi detalları onunla paylaşma istəyi ona inandığınızı göstərər - müvəffəqiyyətli bir sevgi üçün başlıca ünsürlərdən biridir bu.

Zəif cəhətlərinizi görməsinə icazə verirsiniz.

Həyatla əlaqədar yaxşı hiss edərkən, onunla xoşbəxt olmaq asanlaşar. Bəs özünüzü o qədər yaxşı hiss etmədikdə? Bu cür zamanlarda sizi rahatlaşdırmalıdır, əlavə bir yük olaraq görülməkdənsə.

Ailənizlə tanış etmək istəyirsiniz.

Onunla əlaqədar qürurlanırsınız və onu hər kəslə tanış etmək istəyirsiniz.

Birlikdə bir gələcək xəyal edə bilirsiniz.

Adınızı onun soyadı ilə istifadə edərək yeni imza sınaqları etdiyinizi iddia etmirik, amma zehninizin bəzən özünüzü onunla paylaşılan bir həyatda təsəvvür edib sevinirsiniz. Və möcüzədir, elə deyilmi?

Eyni fikirdə olmamaqdan qorxmursunuz.

Dalaşsanız da sizi dinləyəcəyini və kobudca başından sovuşdurmayacağını bilirsiniz. Sizi ciddi qəbul edir, səhv olduğunuzu düşündüyü zaman belə...

Fərqli cəhətləriniz üzərində çalışmaq istəyirsiniz.

Birlikdə bir gələcək üçün böyük fərqləriniz varsa - fərqli dini ya da maddi fikirlər kimi- bunların öhdəsindən gəlmək istəyirsiniz və bilirsiniz ki, ikinizin də təmin olacağı bir nəticəyə gələ bilərsiniz.

Yanında səssiz qalmaq mümkündür.

Boşboğazlıq edərək ya da başqa cür bir təsirlə aranızdakı boşluğu doldurmaq məcburiyyətində hiss etmirsiniz. Bunun yerinə, sadə bir rahatlıq hiss edirsiniz.


Tarix: 16.05.2013 / 18:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri