Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar Kişilərdə Nələri Sevmirlər.

Tər qoxusu, ağ corab, jele, dağınıqlıq, kürək tükləri və daha bir çox şey qadınlar üçün çox itici hətta nifrət ediləsi vəziyyətlərdir.İşdə qadınların nifrət etdiyi və kişilərin xüsusilə diqqət etməsi lazım olan nöqtələr:

Ana Quzusu Olmaq:
Qadınlar, hər başı sıxışdığında özünü anasının qollarına atan kişilərdən qətiliklə xoşlanmırlar.
Saqqal Və Bığ:
Kirli saqqal deyə təbir edilən saqqaldan qadınlar heç xoşlanmazlar. Hər gün təraş olan kişiyə bütün qadınlar huşunu itirər.
Həddindən Artıq Bol Geyimlər:
Həddindən artıq bol bir şalvar, kişinin qamətini pis göstərər. Çox dar olanlar da iticidir. Ortasını tapmaq şərtdir.
Səliqəsizlik:
Kişi dağıdar, qadın toplar məntiqi qadınları hövsələdən çıxardır. Sevgilisini əlində tutmaq istəyən kişi tərtibli və nizamlı olmalıdır.
Ağ Corab:
Xüsusi ilə qara şalvar və klassik ayaqqabıların içinə geyilən ağ corab, qadınlara çox itici gəlir. Hətta bəzi qadınlar sırf buna görə kişilərdən uzaqlaşa bilər.
Kürək Tükləri:
Qadınlar kişi kürəyində ki,tükləri heç sevmirlər.
Çirkli Ayaqqabılar:
Ayaqqabılarınızın səliqə və təmizliyinə xüsusi diqqət ayırın.
Jele:
Başını jele qutusuna soxmuş kişilər, qadınlara itici gəlir.
Bəzəkli Qızıl Üzük:
Xüsusilə kiçik barmağa ilişən bu üzüklər, ağ corabla birləşincə tam bir faciə olar. Bunu edən kişilər, gözəl qadınla tanış olma şansıni ən başdan itirmiş olurlar.
Taxma Diş:
Ağzından hər an atılacaqmış kimi dayanan taxma dişlər gözəl bir gecəyə son qoymuş ola bilər.


Tarix: 10.05.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...