beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Qadını Ağlatmaq Çətindir

Bir qadını ağlatmaq çox çətin deyildir əslində.

Qadınlar hər şeyə ağlaya bilər; bir filmə bir mahnıya bir yazıya…

Ən az kişilər qədər yəni!


Amma bir qadını ürəkdən ağlatmaq çətindir.


Eger bir qadın ürəkdən ağlayırsa ağladan onun ürəyinə çatmış deməkdir


Amma o ürəyin dəyərini bilməmiş olacaq ki. ağladan gözünü belə qırpmadan tək-tək batırar iynələrini ürəyə!


Bax o zaman böyük bir yumruq gəlir oturar boğazına qadının..


Udquna bilməz nəfəs ala bilməz;çünki o böyük yumruq canını çox ağrıdar.


Gözləri dolar qadının sonra..


Ağlamayacağam.! deyər içindən..

Amma maneə ola bilməz i.

Çünki ürəyinə çatmışdır bəziləri və iynələr batırmaqdadır..

Bu ağrıya nə qədər qarşı qoya bilər ki bir qadın.

Incə incə süzülər yaşlar gözündən;əvvəl bir neçə damla sonra bir yağış seli…

Və qadın ağlar; həm də çox!

Sanmayın ki gedənə ağlar qadın!

Gedənin gedərkən koparttığı yerdir onu ağladan orada buraxdığı yaralardir..

O yaranın heç bağlanmayacağını bilir qadın.bağlansa belə izin qalacağını bilər qadın; ona görə ağlar..

Amma bilərsinizmi ağlamaq qadınları yetişkinləşdirər.

Hər damla daha çox qadın edər qadınları.

Hər damla bir dərsdir çünki.

Bəzən qadınlar ağladığında çoxinsan ağlama niyə ağlayırsan ki dəyməz onun üçün deyərlər.

Bilmədiklərindəndir belə demələri.

Çünki ürəkləri ağrıyan qadınlar ağlamazlarsa ölərlər.

Içlerindəki zəhərdir onları öldürən!

Ağlayaraq o zəhərdən xilas olar qadınlar o irini təmizləyər yaralarındakı!

Çünki bilərlər o irin təmizlənməzsə iltihaba dönüsür yaraları.

Çevrilməməsi lazimdır halbuki. Ona görə də bolca ağlarlar.

Zaman keçər sonra…

Qadınlar özlərinə sarılmağı öyrənərlər. .

Ümid edirəm öyrənərlər yoxsa ruhlar eşqbaz göylərə çarpar özünü. ruhların doğru yolu tapmaması da yeni ağrılar deməkdir..

Bunu bilər qadınlar ona görə enində sonunda öyrənərlər özlərinə sarılmağı…

Çox ağlayan qadınlar bir çox şeydən imtina edən qadınlardır əslində. .

Hər damla yetişkinləşdirər qadınları bəli amma yetişkinləşdikcə o avamca inandıqları eşq gerçəyi onların gözündə kiçilər..

Kiçildikcə dəyərini itirər və o zaman özlərinə sarılıb yeni bir qadın yaradarlar özlərindən.

Güclü məğlub olmaz məğrur və eşqə inanmayan məğlub olar..

Insanlar soruşurlar çox zaman niyə bu qədər çox subay qadın var deyə; hamısı karier dərdində olan. Çünki inanclarını itirdi o qadınlar. Zamanında ürəklərinə o qədər çox iynə batdı ki o qədər çox ağladılar ki!

Artıq özlərindən başqa bir doğru olmadığına inanırlar ona görə özlərinə sarılırlar.

Çünki bilirlər ki sarıldıqları adamlar onları layiq olmadı; həm də heç bir zaman!

Həmişə bir mənfəətləri oldu sarıldıqları adamların.

Ee o zaman niyə sarılsınlar ki!

Niyə sarılaq ki!

Ətrafınızda ürəkdən ağlayan bir qadın varsa bilin ki yetişkinləşir

Bilin ki gerçəkləri qəbul etməyə başlamışdır..

Bilin ki artıq heyatin yalan olmadığına inanmışdır..

Bilin ki sarılacaq tək bir doğrusu qalmışdır.. .

O da kim nə deyə soruşmayın artıq…

Çox ağlayan qadınlar əvvəlində sonunda özlərinə sarılarlar çünki..!!


Tarix: 12.05.2013 / 17:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 158 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri