Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diqqət! yalnIz qadInlar oxusun

Diqqət:Ancaq qadınlar bu yazını oxumalıdır!!
Bütün dünyada belə bir fikir var ki, kişilər qadınlara nisbətən daha çox xəyanət edirlər. Bəlkə də doğru fikirdir. Amma niyə görə kişilər sevgililərini, həyat yoldaşlarına xəyanət edirlər?
Başqasına dəyişildiyiniz vaxt ağlınıza “niyə” sualı gəlir. Bu çox normaldır. Çünki heç bir qadın aldadılmağa layiq deyil. Kişilər üçün “niyə” sualının cavabını vermək sizə düşündüyüz qədər asan gəlməsin. Bəzən bir baxış, bəzən bir az qəzəb, bəzən də seksual istəklər aldatmaq üçün səbəbdir.
Kişilərin ən çox istifadə etdikləri xəyanət bəhanələrini təqdim edirəm:
Cəlbedicilik
Kişilər həmişə qadınlardan daha güclü olduqlarını deyirlər. Amma kişilər hisslərini idarə etmək barəsində çox zəifdirlər. Qarşılarına gözəl bir qadın çıxanda və bu qadın onlarla maraqlananda, kişilər elə bilir ki, bütün dünya onların başına fırlanır. Kişilər gözəl bir qadının qabağında tab gətirə bilmirlər və bir hərəkətlə tora düşə bilirlər. Belə kişilər sonradan etdiklərinə peşman olurlar. Amma belə xəyanətlər münasibətləri sarsıdır.
Tənhalıq
Aparılan araşdırmalar göstərir ki, kişilər qadınlarından ayrı düşəndə başqa qadınlara maraq göstərməyə başlayırlar. Kişilərin çoxu təkliyə dözə bilmirlər. Buna görə də gərək kişiləri tək qoymayasınız.
Həyəcan axtarışında
Bütün insanlar həyəcan, macəra axtarır. Amma qadınlardan fərqli olaraq, kişilər həyəcanı əks-cinsdə axtarmağa üstünlük verirlər. Yeni dodaqlar, bədənlər, saçlar, söhbətlər yeni həyəcan deməkdir kişilər üçün. Ailə həyatında kişilərin bu cür axtarışlara çıxmasının qarşını almaq üçün münasibətlərinizdə həyəcanın ölməməsi üçün əlinizdən gələni etməlisiniz.
Gərginlik
Kişilərin aldatmaq barəsində ən çox işlətdikləri bəhanə narahatlıqdır. Evdə axtardığı rahatlığı tapmadığını, yoldaşı ilə tez-tez dava etdiyini deyən kişilər, rahatlığı başqa qadınlarda axtarmaq başlayırlar.

Kişilərin yalanlarını gizlədə bilmirlər. Əgər sevgiliniz sizi aldadırsa, bunu necə öyrənə bilərsiniz?

Bəzi əlamətlər:
- O, evə gec gəlir. Hər dəfə də bir bəhanə tapır.
- Sizə yaxşı davranır, hədiyyələr alır. Çox güman ki, sizi aldatdığına görə vicdan əzabı çəkir.
- Onun sizə və uşaqlarınıza olan münasibəti dəyişibsə, sizinlə çox şeyi bölüşmür, sizə az vaxt ayırırsa, çox güman ki, həyatında başqa biri var.
- Sizin yaxşı tərəflərinizi yox, ancaq pis tərəflərinizi görməyə başlayıb.


Tarix: 12.05.2013 / 18:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 193 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...