beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar bu yazını oxumasın!

Günümüzdə xeyli ümumiləşdirilmiş və bir az da şablon fikirlərə rast gəlirik. Bəzən heç fikir vermədiyimiz bu fikirlərdə həqiqət payı az deyil. Amerikan həkim Bob Qrant kişilərin ən çox düşündüyü, ağıllarından tez-tez keçirdiyi 20 həqiqəti paylaşıb. Sizcə, kişilər belə düşünür?
1. Seks üçün hər şeyi edərəm; hətta həyatımı sənə bağışlayaram.
2. Səninlə dava etməyə nifrət edirəm. Ortaq yolu tapmağın tərəfdarıyam.
3. Uzun saç sevirəm. Təəssüf edirəm, amma elədir.
4. Həqiqəti bilmək istəmirsənsə, xahiş edirəm, məndən necə göründüyünü soruşma.
5. Aramız pis olanda gözlərim başqa qadınlarda olur.
6. Əgər səni xoşbəxt edə bilmirəmsə, özümü kişi kimi hiss etmirəm.
7. Fikrini oxuya bilmərəm, unutma, mən qadın deyiləm.
8. Dəbi yaxşı bilə bilərsən, digər qadınların xoşuna gəldiyi kimi geyinməkdənsə, mənim zövqümə uyğun geyinsən yaxşı olar.
9. Əgər saçlarım tökülürsə, bu, gülməli deyil. Sənə çəkinlə bağlı zarafat etməyimi istəyərsən?
10. Kömək edilməyi istəməyəndə kiminsə “belə et, belə lazımdır” deməyindən nifrət edirəm. Sən anam deyilsən.
11. Əgər hamilə qalsan, səninlə evlənə bilərəm, amma daha istəksiz edərəm bunu.
12. Hörmət mənim üçün sevgidən daha vacibdir.
13. Düşündüyündən daha etibarsızam. Niyə sənin etibarına bu qədər ehtiyacım olduğunu düşünürsən?
14. Mən pis olanda səs tonuna qarşı çox həssas oluram. Necə dediyin nə dediyindən vacibdir mənə.
15. Komplimentlərimi kəsməyindən nifrət edirəm. Bu xasiyyətin məni kompliment deməkdən tamamilə soyudur.
16. Cütlük olaraq bir yerə gedəndə bütün kişilərin məni qısqanmağını istəyirəm. Xahiş edirəm, mənə baxmağı yaddan çıxarma.
17. Köhnə sevgililərinin adını belə eşitmək istəmirəm, nə olursa- olsun.
18. Əgər nə düşündüyümü paylaşmaq istəmirəmsə, bunun səbəbi söhbətimi böləcəyini bilməyimdir.
19. İndicə geyindiyim paltara baxıb: “Bunu geyinəcəksən?”,- demə.
20. Kişi harada olur- olsun, qadını tərəfindən hörmət görmək istəyir. Aralarında fikir ayrılığı olduğu halda belə.


Tarix: 11.05.2013 / 13:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 240 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri