beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaxşı başlayan hər şey, yaxşıdır...Əlinizdə olanları paylaşın ..

Bir adaya ayaqqabı satmaq üçün göndərilən iki satıcı göndərilir.
İki satıcı adaya çatıb kimsənin ayaqqabı geymədiyini görüncə heyrətdən donub qalırlar.
Satıcılardan biri dərhal mərkəz büroya teleqraf göndərər:
«Sabah evə dönürəm, burada kimsə ayaqqabı geymir!»

İkinci satıcı eyni gerçək qarşısında həyəcanlanar. Dərhal mərkəz büroya zəng edər:
«Lütfən mənə 10 min ayaqqabı göndərin. Buradakı hər kəsin ayaqqabıya ehtiyacı var!»
Unutmayın; yaxşı başlayan hər şey, yaxşıdır...

***

Qoca qatara yenicə minmişdi ki, ayaqqabısının bir tayı ayağından çıxıb relsin üzərinə düşdü.
Artıq onu götürmək də mümkün deyildi. Çünki qatar çoxdan hərəkət etmişdi.
Yanındakılar qocanın nə edəcəyini görmək üçün maraqla ona baxırdılar.
O, isə sakit bir şəkildə ayaqqabısının o biri tayını da çıxarıb əvvəlki tayına yaxın bir yerə tulladı. Yanındakılardan biri dözə bilməyib:
«Niyə belə etdiniz?» – deyə soruşdu. Gülümsəyən qocanın cavabı isə sadə, lakin mənalı idi:
«Dəmir yolunun üstündəki ayaqqabının tayını bir kasıb taparsa, o birini də tapıb rahat geyinsin deyə»...........

Əlinizdə olanları paylaşın ...


Tarix: 03.12.2014 / 14:03 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqli Hekayeler