beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möcüzəli yuxular

Sinif müəllimi, uşaqların yuxuları üzərinə bir araşdırma edirdi. Yuxu görmənin insan ruhunu nə qədər rahatlaşdırdığını və onlar üçün nə qədər lazımlı olduğunu ifadə etdikdən sonra:
- Söyləyin baxaq! dedi. Bu gecə nə gördünüz?
Uşaqlar, tək-tək əl qaldıraraq yuxularını izah etməyə başladılar. O həftəki yuxuların bir çoxu, üç gün əvvəl meydana gələn bir təyyarə qəzası ilə əlaqədar idi. Bir də, cinnət keçirən bir təqaüdçünün, arvadı və uşaqlarını yol ortasında bıçaklaması ilə...
Müəllim, arxa sıralarda oturan bir şagirdin əl qaldırmadığını görüncə, ona doğru yaxınlaşıb:
- Xeyir ola dostum?- deyə soruşdu. Yoxsa sən heç yuxu görmürsənmi?
Kiçik uşaq, yanaqları qızararaq:
- Əlbəttə görürəm!.-deyə gülümsədi. Amma mənim yuxularım çox fərqlidir.
- Onda buyur, gördüyünü izah et!- dedi müəllim. Eyni şeyləri görməyin lazım deyil.
Kiçik uşaq:
- Mən, babamla birlikdə getdiyim balıq ovunu gördüm!-dedi. Kəndimizə yaxın olan dərədə idik. Və böyük bir balıq tutaraq evə apardıq.
Müəllim, etdiyi işi, bir sonrakı dərsində də davam etdirdi. O həftə görülən yuxuların böyük bir əksəriyyətində, neft zəngini bir ölkənin bombalanması əsnasında ölən yüzlərlə uşaq vardı. Digər yuxular isə, məşhur bir müğənninin ayağından vurulması və iş adamlarından birinin qaçırılması ilə əlaqədar idi.
Müəllim, arxa sıradakı şagirdin bu səfər də əl qaldırmadığını görərək yanına getdi və ona nə yuxu gördüyünü soruşdu.
Kiçik uşaq, çöldəki qarlı dağlara baxıb:
- Keçən həftə bir çox quzumuz doğuldu!- dedi. Yuxumda onları, dağın yamacındakı bulağa aparmışdım. Bu arada çiçəklərlə danışıb, səmadakı quşlarla yarışdım. Onlar kimi uçurdum havada.
Müəllim, araşdırmasını bir az dərinləşdirdiyində, uşağın digər qardaşlarının da eyni növdə yuxular gördüyünü öyrəndi. Hətta babası belə, onlar kimi idi.
Nəhayət maraqlanıb:
- Həmişə bu növ yuxuları görməyiniz çox möcüzəlidir!-dedi. Sanki bir film kimidir hər biri. Yoxsa bunun üçün bir düsturmu var?
Kiçik uşaq:
- Bilmirəm müəllimim!..- deyə gülümsədi. Televizor ala bilməyəcək qədər kasıb olduğumuz üçün, yəqin Allah bizə bu filmləri göstərir -deyə cavab verdi.


Tarix: 01.12.2014 / 14:16 Müəllif: Aziza Baxılıb: 92 Bölmə: Maraqli Hekayeler