Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Filosof Əflatun

Deyirlər ki,bir gün Əflatun şəhərin adlı-sanlı adamları ilə bir yerdə oturub,söhbət edirdi.Birisi onun görüşünə gəlib salam verdi,yanında oturub,ordan-burdan danışdıqdan sonra dedi:Ey filosof,bu gün filankəsi gördüm,sənin barəndə danışır və tərifləyərək deyirdi:"Əflatun çox böyük filosofdur,indiyə qədər onun kimisi nə olub,nə də olacaqdır".İstədim onun tərifini sənə çatdıram.
Filosof Əflatun bu sözü eşitcək başını aşağı salıb,ağladı,bərk qanı qaraldı.halı pozuldu.O kişi dedi:"Ey Filosof,mən sənə nə ağır bir söz dedim ki,halın belə pozuldu?".
Filosof Əflatun dedi:"Ey xacə.şəxsən sən mənə elə ağır bir söz demədin,lakin bundan daha ağır müsibət olarmı ki,nadanın biri məni tərifləsin,mənim gördüyüm iş ona xoş gəlsin? Bilsəydim nə nadanlıq etmişəm ki,onun təbiətinə uyğun olmuş,xoşuna gəlmiş və məni tərifləmişdir,tövbə edib o işdən əl çəkərdim.Halımın pozulması ondadır ki,mən hələ də nadanam,çünki,nadanların təriflədikləri adamlar yalnız nadanlar olar".


Tarix: 01.12.2014 / 13:59 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Maraqli Hekayeler
loading...